IQNA

Səudiyyə Ərəbistanı İndoneziyaya 150 min Quran göndərib

4:51 - April 19, 2025
Xəbər sayı: 3498038
İQNA - Səudiyyə Ərəbistanının Dini İşlər, Təbliğ və İrşad Nazirliyi İndoneziyanın paytaxtı Cakartaya 150 min nüsxə Qurani-Kərim göndərib.

“Şahid Əl-An” saytının verdiyi məlumata görə, sözügedən Qurani-Kərimlər Şərqi Asiyanın ən böyük məscidi olan İstiqlal məscidində aprelin 25-də başlayacaq “Cəsurlar” (körpülər) sərgisində nümayiş etdirilmək üçün Cakartaya göndərilib.

İki həftə davam edəcək sərgi Səudiyyə Ərəbistanının Cakartadakı səfirliyi və İndoneziya Dini İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçiriləcək.

Eyni zamanda, sərgi ziyarətçilərə Səudiyyə Ərəbistanının texnoloji və mədəni inkişaflarına ölkənin 2030 Vizyonu çərçivəsində yaxından nəzər salan zəngin və ruhlandırıcı təcrübə təqdim edir.

İstiqlal Məscidi sərgisinin digər bölmələri arasında Kral Fəhd Quran Çap Dərnəyinin yeni və müxtəlif Quranların çapı və müxtəlif dillərə tərcüməsi sahəsindəki dəyişiklikləri təqdim ediləcək və Quran çapında inkişaf etdirilən ən mühüm alətlər və texnologiyalar bu bölmədə sərgilənəcək.

Bu sərgi həmçinin Səudiyyə Ərəbistanının islam və qeyri-islam xalqları ilə mədəni ünsiyyət körpüsünün güclənməsini və Səudiyyə Ərəbistanının tolerantlıq və dinc yanaşı yaşayışı təşviq etmək səylərini əks etdirir.

4276501

Teqlər: ərəbistan ، indenoziya ، quran ، cakarta
captcha