Mərasimdə Tailandın baş naziri, baş nazirin müavinləri, müxtəlif ölkələrin səfirləri, o cümlədən, İran səfiri Nəsirəddin Heydəri və mədəniyyət attaşesi Mehdi Zare Bieyb, Tailandın Müsəlman Şurasının sədri və yüksək səviyyəli hökumət rəsmiləri iştirak ediblər.
Kral, mərasimin əvvəlində ən yaxşı Quran hafizlərinə mükafatlar verib. Sonra Tayland Müsəlman Şurasının sədri tərəfindən Krala və iştirakçılara Məhəmməd Peyğəmbərin (s) həyatı xülasə şəklində oxundu.
Daha sonra proqram çərçivəsində Kral Maha Vajiralonqkorn səfirlərə və xarici diplomatlara təşəkkür lövhələri təqdim edib.
1965-ci ildən Taylandda hər il keçirilən Milad-un-Nəbi festivalı bu il 58-ci dəfə keçirilir.
Kral daha sonra mədəni və dini sərgiləri gəzib, İslam Peyğəmbərinin (s) həyatı, halal iqtisadi fəaliyyətlər, İslam incəsənəti və mədəniyyəti ilə bağlı əsərlərə baxıb.
Şənlik bütün ölkə müsəlmanları ilə əməkdaşlıqda təşkil edilir və məqsəd Məhəmməd Peyğəmbərin (s) təlimlərinə hörmətlə yanaşılması, eləcə də Tayland cəmiyyətində əxlaq, sevgi və sülh şəraitində birgə yaşayışı təşviq etməkdir.
Tayland kralı vəliəhd şahzadə olduğu vaxtdan bu festivala dəstək verməklə islami fəaliyyətlərin, dini təhsilin, müsəlman icmalarının inkişafının və milli birliyin təbliğində mühüm rol oynayıb.
O, həmçinin bütün İslami proqramları dəstəkləməklə və xüsusilə ölkənin cənubunda müsəlman icmalarına dəstək olmaq üçün çoxsaylı layihələr həyata keçirməklə atasının yolunu davam etdirir.
Bu hərəkətlər müsəlmanlarla Tailand kral ailəsi arasında qarşılıqlı hörmət və həmrəyliyi nümayiş etdirir.
4277106