IQNA

Pakistan Hindistanla gərginliyin artması fonunda Kəşmirdə Quran məktəblərini bağlayıb

4:16 - May 04, 2025
Xəbər sayı: 3498124
İQNA - Hindistan və Pakistan arasında gərginliyin artması fonunda Pakistanın idarə etdiyi Kəşmirdə 1000-dən çox Quran məktəbi bağlanıb.

“Swissinfo” xəbər verir ki, Kəşmir hakimiyyəti ötən həftə baş verən ölümcül hücuma cavab olaraq Hindistanın mümkün hərbi müdaxiləsi qorxusuna görə cümə axşamı Quran məktəblərini bağladı.

Kəşmir Dini İşlər İdarəsinin müdiri Hafiz Nazir Əhməd minlərlə uşağın Quranı öyrəndiyi 1100 Quran məktəbinin 10 gün müddətinə fəaliyyətini dayandırdığını bildirib.

Yerli mənbə bu qərarın sərhəddəki gərginlik və Hindistanla münaqişə ehtimalına görə qəbul edildiyini bildirib.

Aprelin 22-də Pahalqam hücumu Hindistanın idarə etdiyi Kəşmirdə son iyirmi ildə mülki şəxslərə qarşı ən ölümcül hücum olub.

Bu yaxınlarda Hindistanın idarə etdiyi Kəşmirdə ölümcül terror aktı baş verib, nəticədə 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Hindistanın baş naziri Narendra Modi ölkə ordusuna hücuma cavab vermək üçün tam icazə verib.

Hindistanın iddiasına cavab olaraq İslamabad hücumda hər hansı rolunun olduğunu rədd edib və ölkənin istənilən hücuma sərt cavab verəcəyini bildirib.

4279665

captcha