“G News” saytının verdiyi məlumata görə, zəvvarlar üçün əsas məlumatları özündə əks etdirən Nusuq kartını daşımaları məcburidir. Bəs, kartlarını itirdikdə nə etməlidirlər?
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bəyan edib ki, zəvvar “Nusuq” kartının itirilməsi halında dərhal qrup rəhbərinə məlumat verməli, səyahət zamanı kartın rəqəmsal versiyasından istifadə etməli və itməsi barədə ən yaxın mühafizəçiyə məlumat verməlidir.
Onlar həmçinin 1966 nömrəsinə zəng edərək və ya Məkkədə Məscidül-Həramın yaxınlığında yerləşən Nusuq filialına müraciət edərək kömək istəyə bilərlər.
Nazirlik qeyd edib ki, bu addımların atılması ilə müqəddəs məkanlarda ibadətlərə giriş davam etdiriləcək və hərəkət azadlığı məhdudlaşdırılmayacaq.
Nusuq Həcc vəsiqəsi rəsmi sənəddir. Bu smart kartda Məkkə, Mədinə və digər müqəddəs yerlərimi mühüm məlumatları, həmçinin xidmət göstərən şirkətlərin əlaqə məlumatları var.
Kart, həmçinin zəvvarların xəstəlik tarixçəsini saxlayır, fövqəladə hallarda bələdçilik və qayğıya kömək edir və insanların itmə riskini azaldır.
Bu kartlar ən yüksək keyfiyyət və təhlükəsizlik standartlarına uyğun çap olunur və onların mühafizə xüsusiyyətləri qeyri-qanuni təkrarlanmanın qarşısını alır.
Xaricdən gələn zəvvarlar Həcc ziyarətinə gələrkən kartlarını aldığı halda, ölkə daxilindən gələn zəvvarlar Həcc ziyarəti başlamazdan əvvəl kartlarını xidmət şirkətlərindən alırlar.
Ötən il Səudiyyə Ərəbistanının Həcc və Ümrə Naziri Nusuq tətbiqinə 100 yeni xidmətin əlavə edildiyini açıqlamışdı.
4281107