IQNA

Əksər almanlar sionist rejim haqqında mənfi fikirdədirlər

1:25 - May 12, 2025
Xəbər sayı: 3498170
İQNA – Müstəqil Almaniyanın Bertelsmann Vəqfi tərəfindən aparılan yeni sorğu nəticəsində məlum olub ki, almanların yalnız 36 faizi İsrailin işğalçı rejiminə müsbət baxır.

“İQNA”, “Ərəbi 21” saytına istinadən xəbər verir ki, bu nəticələr 2021-ci ildə İsrail tərəfdarlarının nisbətinin 46 faiz olduğu analoji sorğu ilə müqayisədə əhəmiyyətli azalma göstərir.

Sorğu Almaniya ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasının 60 illiyi ərəfəsində keçirilib və Almaniya cəmiyyətində, xüsusən də gənclər arasında işğala qarşı tənqidlərin artdığını göstərir.

Sorğunun nəticələrinə görə, almanların 38 faizi İsrailin işğalına mənfi baxır, işğal olunmuş ərazilərdə yaşayanların 60 faizi isə Almaniyaya “yaxşı və ya çox yaxşı” baxır. Respondentlərin 17 faizinin Almaniya hökuməti haqqında mənfi fikirdə olduğu üzə çıxıb.

Sorğunun direktoru Stefan Vobel nəticələri “narahatedici” olaraq xarakterizə etdi. O, “gənc almanlar arasında antisemitizm meyllərinin artması” barədə xəbərdarlıq edib.

Bu sorğu Bertelsmann Stiftung tərəfindən fevral-mart aylarında keçirilib. Sorğuya Almaniyada 1346, işğal olunmuş ərazilərdə isə 1367 böyüklər daxil olub.

Allensbach İnstitutunun ötən il keçirdiyi sorğunun nəticələri göstərib ki, almanların 76 faizi Yaxın Şərqdəki münaqişələrdən narahatdır.

Sorğuda iştirak edən almanların 35 faizi İsrailin Qəzza zolağının işğalını və HƏMAS hərəkatına qarşı sərt tədbirləri öz təhlükəsizliyini təmin etmək üçün haqlı hesab etsə də, 38 faizi fələstinlilərin daha çox zərər çəkməsinin qarşısı alınmalı və HƏMAS-a dəstəyin artırılması lazım olduğunu bildirib.

Almanların 38 faizi İsrailin Fələstin ərazisini haqsız yerə işğal etdiyinə inanır, 37 faizi isə İsrailin ərəb qonşularına qarşı anlayışı olmadığını deyir.

Sorğu nəticəsində məlum olub ki, almanların əksəriyyəti İsrailin Almaniyadan xüsusi dəstəyə layiq olmadığına inanır.

4281578

captcha