“Vietnam News” saytının verdiyti məlumata görə, son illərdə müsəlman ölkələrindən Vyetnama gələn turistlərin sayında ciddi artım müşahidə olunur.
Halal turizm sektorunun bir hissəsi olan müsəlman turistlər turizm məkanlarında əhəmiyyətli inkişaf potensialına malik bazarı təmsil edirlər.
Analitiklər müsəlmanlara yönəlmiş qida, moda, turizm və digər istehlak xidmətlərini əhatə edən halal sektorunun parlaq gələcəyinə inanırlar.
2030-cu ilə qədər halal turizmin qlobal turizm iqtisadiyyatına təqribən 350 milyard ABŞ dolları töhfə verəcəyi gözlənildiyi üçün, dünya üzrə 1,9 milyarddan çox müsəlmanın yaşadığı bu region böyük inkişaf potensialına malik xüsusi bazardır və Vyetnam öz turizm sektorunu cəlbedici strategiya ilə hədəf almalıdır.
Vyetnam Milli Turizm Administrasiyasının baş direktor müavini Ha Van Siu bildirib ki, son illərdə müsəlman ölkələrindən Vyetnama gələn turistlərin sayı xeyli artıb.
Vyetnam Halal Sertifikatlaşdırma Bürosunun nümayəndəsi Nguyen Tu Neguk Honq bildirib ki, müsəlmanlar dünya əhalisinin dörddə birini təşkil edir və onların 40 faizindən çoxu təkcə Cənub-Şərqi Asiyada yaşayır.
O, həmçinin əlavə edib ki, il boyu dini bayramların çox olması bu dövrlərdə müsəlmanların səyahət tələbini artırır və Vyetnamda halal turizm üçün yaxşı fürsət yaradır.
4282746