IQNA

Fransada müsəlman əleyhinə plakatlar

10:01 - May 18, 2025
Xəbər sayı: 3498198
İQNA – Fransız irqçiliyi bir daha ifşa olundu. Fransanın bir şəhərində “Müsəlmanlardan azad zona” mövzusunda plakatlar asılıb.

“Əl-Əxbariyyə saytının verdiyi məlumata görə, Fransanın Orlean şəhərində irqçi mövzularda, İslama və müsəlmanlara qarşı açıq nifrətdən ibarət plakatlar asılıb.

Plakatlarda deyilir ki, “siz hazırda müsəlmanlar üçün qadağan olunmuş əraziyə daxil olursunuz”.

Bu çirkin hərəkət Fransa cəmiyyətində irqçilik və islamofobiyaya meylin artdığının göstəricisidir.

Sosial mediada sürətlə yayılan afişalarda dizaynerlər təxribatçı ifadələrlə kifayətlənməyərək, hicablı qadınlar, saqqallı kişilər, küçədə namaz qılanlar kimi simvollara da yer veriblər.

Orada, həmçinin “Müsəlmanlarsız daha yaxşı bir cəmiyyət üçün” təhqiramiz ifadə də yer alıb.

Fransa hökumətinin bu hərəkətə rəsmi şəkildə susması və təhlükəsizliklə bağlı səhlənkarlığı ciddi suallar doğurub.

Media müsəlmanlarla bağlı hər şeyə qarşı düşmən mühitə çevrilib.

Orleanda baş verənlər təkcə təcrid olunmuş bir hadisə deyil. Əksinə, hüquqi və sosial vasitələrdən istifadə edərək nifrət yayan bu irqçi sistemi ifşa etmək müsəlmanlara, ərəblərə və dünyanın bütün azad insanlara bir xəbərdarlıqdır.

Bu irqçi hadisə müsəlmanların hüquqlarının inkar edilməsinə sistemli yanaşmanın göstəricisidir.

4282695

Teqlər: fransa ، müsəlman ، irqçilik ، İslam
captcha