IQNA

Hollandiyada Qəzzaya dəstək nümayişi keçirilib

2:29 - May 21, 2025
Xəbər sayı: 3498220
İQNA – Bazar günü Hollandiyanın Haaqa şəhərində yüz minlərlə insan Fələstin və Qəzzəyə dəstək üçün kütləvi aksiya keçirib.

“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, yürüşdə çıxış edənlər mart ayından bəri Qəzzada yüzlərlə insanın aclıqdan öldüyünü vurğulayıblar. Onlar Hollandiya hökumətini sionist rejimin Qəzzadakı hərəkətlərinə susmaqda ittiham ediblər.

Həyat yoldaşı və 12 həftəlik qızı Dido ilə birlikdə yürüşdə iştirak edən müəllim Roos Lingbeek, “Ümid edirik ki, bu, hökumət üçün oyanış zəngi olacaq” dedi.

Beynəlxalq Amnistiya Təşkilatının bəyanatında deyilir ki, İsrail rejiminin müharibə qanunlarını dəfələrlə pozmasına baxmayaraq, Hollandiya hökuməti hələ də “qırmızı xətt” çəkməyib və lazımi addımları atmaqdan çəkinir.

Etirazçılar hökumətin təyin edə bilmədiyi qırmızı xətti simvolik olaraq qeyd etmək üçün Haaqa şəhər mərkəzindən keçən 5 km-lik yürüşdə iştirak ediblər.

Yürüş iştirakçıları “Hollandiya hökuməti kardır”, “Utansın hökumət, əlləriniz qana boyandı”, “Hollandiya ödəyir, İsrail bombalayır”, “Fələstini azad edin”, “İşğal altında sülh yoxdur”, “Qəzzada soyqırıma son qoyun”, “Uşaqların öldürülməsinə son verin” kimi şüarlar səsləndiriblər.

Etirazçılar baş nazir Dik Şofun hökumətini daha qətiyyətli mövqe tutmağa, İsrailə hər cür dəstəyi dayandırmağa və mənalı sanksiyalar tətbiq etməyə çağırıblar.

Keçən ilin noyabrında Haaqa tribunalı İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müharibə naziri Yoav Gallantın Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətmək iddialarına görə həbsinə icazə verib.

4283331

captcha