"Əl-Kəfil" kanalının verdiyi xəbərə görə, “Məscidlər Allahın evləri” adı ilə nəşr olunan kitab “Həyat tərzi” kitab silsiləsi ilə uyğun olaraq hərəmin Fikri və Mədəniyyət İşləri İdarəsinin nəzarəti altında nəşr edilib.
Kitabda məscidlərin cəmiyyətdəki yeri və bu ibadət ocaqlarında namaz qılmağın fəzilətləri İslam prizmasından izah edilir.
Bundan əlavə, məscidin İslamda yeri və müqəddəsliyi və Məhəmməd Peyğəmbərin (s) zamanından bəri oynadığı roldan bəhs edilir.
Müəllif bu kitabın məzmun və mövzularını yaradarkən Quran ayələrindən, Peyğəmbərimizin (s) hədislərindən, Əhli-beyt imamlarının (ə) rəvayətlərindən və böyük fəqihlərin fətvalarından bəhrələnmişdir.
Bu kitab İraq Dini İşlər İdarəsinin tədqiqatçılarından olan “Abdullah Əmmar Al-Həmvi” tərəfindən yazılmışdır və cəmiyyətin mədəni və sosial səviyyəsini yüksəltmək məqsədi daşıyır.
4284174