“İQNA”, “Ərəbi 21” saytına istinadən xəbər verir ki, Migel Anxel Moratinos Azərbaycanın paytaxtı Bakıda İslamofobiya ilə mübarizə üzrə konfransda çıxışı zamanı deyib ki, müəyyən dinin ardıcıllarına qarşı nifrətin qızışdırılması cəmiyyətdə parçalanmaya səbəb ola bilər.
O bildirib ki, müsəlmanlara qarşı ayrı-seçkilik qərəz, tez-tez təhrif edilən media şəkilləri və bəzi siyasi liderlərin ritorika və siyasətləri ilə gücləndirilən ədalətsiz irqi ayrı-seçkilik şəklində özünü göstərir.
Moratinos dini təəssübkeşliyin dağıdıcı nəticələri olduğunu vurğulayaraq, digər dinlərə qarşı artan qorxu, düşmənçilik və inamsızlığın son nəticədə cəmiyyətdə parçalanmalar yaradacağını qeyd edib.
BMT rəsmisi müsəlman icmaları ilə həmrəyliyi və nifrət və zorakılığın bütün formalarına qarşı mübarizə əzmini vurğulayaraq, qarşılıqlı anlaşma və hörmət prinsiplərinin inkişafı istiqamətində işləməyə hazır olduğunu bildirib.
BMT Baş Assambleyası 2022-ci ildən başlayaraq hər il martın 15-ni “Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü” elan edib.
4284834