“Əl-Yəvm” saytının məlumatına görə, nazir Əbdül-Lətif Əl-Şeyx cümə axşamı günü müqəddəs Mina və Ərəfat yerlərindəki məscidləri ziyarət edib və səfəri çərçivəsində Ərəfatdakı Nimrə məscidi və Minada Heyf məscidində 8 abadlıq və tikinti layihəsinin açılışını edib.
Açılış mərasimi keçirilən layihələr arasında Nimrə məscidinin həyətində havanın temperaturunu 10 dərəcə aşağı salan 19 kölgəlik də var.
Bundan əlavə, məscidi və ətrafı sərinləmək üçün incə duman şəklində su səpərək havanı sərinləşdirən 98 ventilyatorla Nimrə məscidinin həyətinin soyudulması layihəsinin ikinci mərhələsi istifadəyə verilib.
Digər bir layihə isə Minadakı Həyf məscidinin və tualetlərin təmiri və 57 yeni dumanlı ventilyatorun quraşdırılmasıdır.
Layihə çərçivəsində saatda 140 min zəvvara xidmət etmək üçün 1000 litr tutumlu 70 su fəvvarəsi quraşdırılacaq.
Digər layihələrə mərkəzi elektron idarəetmə bloku tərəfindən idarə olunan səs sisteminin quraşdırılması, təhlükəsizlik kameraları, tavanın işıqlandırılması və ibadət edənlərin təhlükəsizliyi üçün karbon qazı sayğaclarının quraşdırılması daxildir.
Digər layihələrə Nimrə və Həyf məscidlərində kondisioner sisteminin təkmilləşdirilməsi, Nimrə məscidinin bərpası, o cümlədən izolyasiyasının dəyişdirilməsi və Minadakı Həcc məscidinin yenidən qurulması daxildir ki, bu da 35 milyon Səudiyyə riyalına başa gələcək.
Səudiyyə Ərəbistanının naziri zəvvarların rifahı üçün səkkiz inkişaf layihəsinin açılışını edib.
4285478