“İQNA”-nın “Shahab News”-a istinadən verdiyi məlumata görə, işğalçılar Qurban bayramının ilk günündə İbrahim məscidini, o cümlədən onun həyətləri və qapılarını fələstinlilərin ixtiyarına verməkdən imtina ediblər.
İşğalçı qüvvələr bu il yeddinci dəfə məscidin şərq qapısını açmaqdan imtina etdilər. Onlar əvvəllər Fitr və Qurban bayramlarından başqa cümə və Qədr gecələrində də məscidə girişə qadağa qoymuşdular.
İşğalçıların İslami müqəddəs məkanlara qarşı sistemli məskunlaşma planlarının bir hissəsi olaraq İbrahim məscidini yəhudiləşdirmək və onu Təlmud sinaqoquna çevirmək planları ilə bağlı xəbərdarlıqlar edilib.
İbrahim məscidini ziyarət etmək, onun islami kimliyinin qorunub saxlanmasında iştirak etmək və mütəmadi olaraq, xüsusən də dini mərasimlərdə iştirak etmək üçün çağırışlar edilib. Bu, müsəlmanların ibadət hüququnu gücləndirir və sionistlərin güc yolu ilə nəzarəti həyata keçirmək cəhdlərini zəiflədir.
Əl-Xəlil Vəqflərinin müvəqqəti baş direktoru Muncid Əl-Cəbari qeyd edib ki, bu, bu il baş verən yeddinci hadisədir. İsrail hakimiyyəti bayramın əvvəlində məscidin bütün hissələrini, o cümlədən həyətini və qapılarını təhvil verməkdən imtina edib. Əl-Cəbari beynəlxalq ictimaiyyəti öz məsuliyyətlərini üzərinə götürməyə və İbrahim məscidinə qarşı qanunsuz hərəkətlərini dayandırması üçün İsrailə təzyiq göstərməyə çağırıb.
O, xəbərdarlıq edib ki, bu hərəkətlər sistemli məskunlaşma siyasətinin bir hissəsi olaraq məscidi yəhudiləşdirmək və onu Təlmud sinaqoquna çevirmək planının bir hissəsidir. O, həmçinin hər yerdə fələstinliləri İbrahim məscidinə getməyə və xüsusilə dini mərasimlərdə İslami kimliklərini qoruyub saxlamaqda iştirak etməyə çağırıb.
4286857