“Middele East News” internet saytının xəbərinə görə, Kəbə örtüyünün təhvil verilməsi mərasimində Məkkə bölgəsi əmir müavini də iştirak edib. Rəsmi protokolu Məscidül-Həram və Məscidün-Nəbi İşləri Baş İdarəsinin İdarə Heyətinin sədri Tofiq ər-Rəbia və Kəbənin böyük müvəkkili Əbdülməlik bin Taha əş-Şeybi imzalayıb.
Kəbə örtüyünün dəyişdirilməsi prosesi bu il Məhərrəm ayının 1-i, yəni iyunun 27-də başlayır.
Kəbə örtüyü hər il Kral Əbdüləziz Kompleksində yüksək keyfiyyətli qara boyalı təbii ipəkdən hazırlanır.
Kəbə pərdəsinin hündürlüyü 14 metrdir və onun yuxarı üçdə birində 16 ədəddən eni 95 santimetr, uzunluğu 47 metr olan naxışlı kəmər quraşdırılıb.
4287249