“İQNA”-nın məlumatına görə, bu səhər sionist rejimin İrana qarşı cinayətinin ardınca İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei böyük İran xalqına mesaj verib.
Mesajın mətni belədir:
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Böyük İran xalqı!
Bu gün sübh çağı sionist rejim sevimli məmləkətimizdəki cinayətə öz çirkin və qanlı əlini açıb, yaşayış mərkəzlərinə zərbələr endirməklə öz pis mahiyyətini əvvəlkindən daha çox üzə çıxarıb. Rejim ağır cəza gözləməlidir.
İslam Respublikasının silahlı qüvvələrinin qüdrətli əli, inşallah, onu tərk etməyəcək.
Düşmən hücumlarında bir neçə komandir və elm adamı şəhid oldu. Onların davamçıları və həmkarları inşallah dərhal öz vəzifələrinə davam edəcəklər.
Sionist rejim bu cinayətlə özü üçün acı və ağrılı aqibət hazırladı və onu mütləq alacaq.
Seyid Əli Xamenei
13 iyun 2025-ci il
4288154