IQNA

Ayətullah Sistaninin mesajında sionist rejimin İrana təcavüzü kəskin şəkildə pislənib

2:39 - June 14, 2025
Xəbər sayı: 3498352
İQNA - Şiələrin ali mərcəyi-təqlidi Ayətullah Sistaninin dəftərxanası bir mesajda İsrailin İrana təcavüzünü və bir qrup alim, komandir və mülki şəxsin şəhadətini kəskin şəkildə pisləyib.

“İQNA”-nın Ayətullah Sistaninin informasiya saytına istinadən verdiyi məlumata görə, Ayətullah Sistaninin mesajının mətni belədir:

Mərhəmətli Allahın adı ilə!

İşğalçı Fələstin rejiminin cümə günü səhər saatlarında bir qrup iranlı alim, hərbi komandirlər və mülki şəxsləri, o cümlədən qadın və uşaqları şəhid edərək, ölkədəki bir sıra elmi müəssisə və mərkəzlərə hücum edərək törətdiyi cinayət bu rejimin təhlükəli və təcavüzkar mahiyyətini bir daha sübut etdi.

Böyük şəhidlərə rəhmət və dərəcələrinin yüksəldilməsi, onların əziz ailələrinə başsağlığı, yaralananlara və zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq. Biz bu cinayət əməlini qətiyyətlə pisləyirik və beynəlxalq ictimaiyyətin bu təcavüzkar rejimə və onun havadarlarına belə təcavüzlərin davam etməməsi üçün təzyiq göstərməsini gözləyirik.

Uca Allahdan İranın nəcib xalqının şərəf və izzətinin daimi olmasını diləyirik. Uca Allahdan başqa heç bir qüdrət yoxdur.

4288357

captcha