IQNA

İranın sionist rejimə raket hücumunun dünya mediasında işıqlandırılması

4:12 - June 15, 2025
Xəbər sayı: 3498358
İQNA - Sionist rejimin İran ərazilərinə hücum edərək açıq-aşkar təcavüzündən sonra İran İslam Respublikası tərəfindən işğal olunmuş ərazilərə raket hücumları dalğası beynəlxalq mediada geniş işıqlandırılıb.

“İQNA”-ya görə, “Associated Press” bu xəbərlə bağlı yazıb: “İran İsrailin nüvə və hərbi proqramlarına hücumundan sonra cavab addımı atıb”.

“Associated Press” əlavə edib: “İsrailin İranın nüvə proqramı hədəflərinə və onun silahlı qüvvələrinə bir sıra şiddətli hücumlarından sonra İran şənbə günü səhər (14 iyun 2025-ci il) İsrailə cavab raketləri və pilotsuz təyyarələrlə hücumlar təşkil edib”.

“Associated Press” bu xəbəri davam etdirərək xəbər verib: İran İsrailə raket dalğası başladıb”.

Reuters xəbər agentliyi də bu xəbəri işıqlandırarkən yazıb: “İran və İsrail, şənbə günü səhər tezdən İsrailin İrana qarşı hava hücumlarına başlamasından sonra bir-birini hədəfə aldılar”.

Reuters əlavə edib: “Təl-Əviv və Qüdsdə (işğal olunmuş Qüds) həyəcan zəngləri səslənib, İranın ardıcıl raket dalğaları qarşısında iki şəhərin sakinlərini sığınacaqlara çəkilib”.

4288516

captcha