“İQNA”-nın Əl-Məyadinə istinadən verdiyi xəbərə görə, dünya katoliklərinin lideri Papa 14-cü Leo İsrail və İranın qarşılıqlı hücumlarına cavab olaraq rasionallığa və sülhün bərqərar olması üçün dialoqa və səylərə çağırıb.
Papa 14-cü Leo İran və İsrail rəsmilərini son hava hücumlarından sonra məntiqlə hərəkət etməyə və dialoq aparmağa çağırıb.
Məlumata görə, Roma Papası Müqəddəs Pyotr Bazilikasında toplaşanlara vəziyyəti böyük narahatlıqla izlədiyini bildirib.
Papa deyib: “Belə bir kritik anda İran və İsraildə vəziyyət ciddi şəkildə pisləşib. Məsuliyyət və məntiq çağırışını qətiyyətlə təzələmək istəyirəm”.
4288526