IQNA

“Sadiq Vədə 3” raket əməliyyatının dördüncü dalğası

0:58 - June 16, 2025
Xəbər sayı: 3498369
İQNA - SEPAH Aerokosmik Qüvvələri tərəfindən həyata keçirilən “Sadiq Vədə 3” əməliyyatının dördüncü dalğası bir neçə dəqiqə əvvəl başlayıb.

“İQNA”-nın məlumatına görə, SEPAH Aerokosmik Qüvvələrinin “Sadiq Vədə 3” əməliyyatının dördüncü dalğası iyunun 15-də gecə başlayıb.

Bu hücum dalğasında işğal olunmuş ərazilərdəki Təl-Əviv və Hayfa şəhərləri İİKK-nın raketləri ilə hədəfə alınıb.

İndi işğal olunmuş ərazilərdə siren təhlükə zəngləri eşidilir.

İşğal olunmuş ərazilərə doğru yüzlərlə müxtəlif növ ballistik raketlərin atılması ilə əməliyyat sionist rejimin vəhşi hücumuna qəti cavab olaraq həyata keçirilib.

İranın silahlı qüvvələrinin igidləri sionist rejimin vəhşicəsinə hücumuna yüksək müdafiə imkanlarından və tam hazırlıq vəziyyətindən istifadə edərək müxtəlif mərkəzlərdən yüzlərlə raket atmaqla cavab verdilər.

4288833

Teqlər: Sadiq Vədə ، raket ، iran ، əməliyyat
captcha