“İQNA”-nın “İraq” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu bəyanatda deyilir:
“Allah şübhəsiz, Ona (Onun dininə) yardım edənə yardım edəcəkdir” (Həcc, 40).
Nəcəf elmi hövzəsinin alimləri bəyanatda belə yazıblar: “Dövrümüzdə İslam ümmətinin izzət və müqavimət simvolu olan Ali təqlid mərcəyi Ayətullahul-üzma Seyid Əli Xamenei cənablarına Amerika dövlətinin həyasızca hədələrini məhkum edirik”.
Bu dəli kimi və görünməmiş addım ağ evin siyasi axmaqlığının və əxlaqi tənəzzülünün aşkar göstəricisidir. Amerika prezidenti Tramp bu böyük təqlid mərcəyini və dünya müsəlmanlarının Rəhbərini birbaşa hədələdi.
Bu alçaq rəftar, istikbarçı Amerika rejiminin həqiqi üzünü göstərdi ki, insani prinsiplərə və xalqların dəyərlərinə hörmət qoymamaqla belə, İslam ümmətinin müqəddəsərini təhqir də edirlər.
Şiə mərcəiyyəti sadəcə siyasi bir şəxsiyyət deyil, həqiqətdə İran, İraq, Livan, Yəmən, Bəhreyn, Pakistan və başqa İslam ölkələrində hidayət, vəhdət və İslam ümmətinin ayıq vicdanıdır.
Bu Ali Məqamlı Rəhbərə qarşı atılan hər növ yanlış addım bütün İslam ümməti ilə müharibə elanıdır və bizim tövhid mədəniyyətimizin dəyərllərinə aşkar bir xəyanətdir.
Biz Amerika rejiminə və onun məntəqədəki muzdurlarına xəbərdarlıq edirik ki, mərcəiyyətə qarşı atılan hər hansı yanlış addım söndürülməsi mümkün olmayan bir atəş alovlandıracaq.
Bizim canlarımız mərcəiyyətə qurbandır. Onun izzəti yolunda qanımızı əsirgəməyəcəyik. Biz son damla qanımıza qədər rəhbərimizin yanında dayanmışıq.
İslam dövlətlərindən, alimlərdən, dini və bəşər hüququ təşkilatlarından və dünyanın azad insanlarından istəyirik ki, Amerikanın bu aşkar hədəsinin qarşısında mövqe tutsunlar. Amerka və sionist rejimin hegemonluğu qarşısında bir sırada dayansınlar.
Mütəal Allahdan istəyirik ki, Ayətullah Xamenei cənablarını İslam ümməti üçün qorusun. Həmçinin din və insaniyyətin düşmənlərini dünya və axirətdə rüsvay və məhv etsin.
4289337