“İQNA”-nın “Əl-Elam”a istinadən verdiyi xəbərə görə, İraq Hizbullah Briqadaları ABŞ-ın prezidenti Donald Trampa İsrail rejiminin İrana qarşı müharibəsində birbaşa iştirak etməsi barədə ciddi xəbərdarlıq edib.
Briqadaların təhlükəsizlik rəisi Əbu Əli əl-Əskəri əlavə edib: “Daha aydın şəkildə təkrar edirik ki, əgər Amerika bu müharibəyə daxil olsa, o dəli Tramp bölgədə sahib olmaq xəyalını qurduğu trilyonlarla sərmayəni itirəcək. Bu məqsədlə əməliyyat planları hazırlanıb.”
Əbu Əli əl-Əskəri bildirib: “Amerikanın bölgədəki bütün bazaları mütləq şəkildə ördək ovuna çevriləcək. Hörmüz boğazı və Babul-Məndəb bağlanacaq, Qırmızı dəniz boyunca yerləşən neft limanları fəaliyyətini dayandıracaq.”
Əl-Əskəri sonda vurğulayıb: “Bundan əlavə, onların təyyarələrini səmada da sürprizlər gözləyir.”
4289591