IQNA

Şeyx Nəim Qasim: “Hizbullah İranın yanındadır”

4:44 - June 20, 2025
Xəbər sayı: 3498387
İQNA – Livandakı Hizbullah təşkilatının baş katibi bir bəyanat yayaraq bildirib ki, bu təşkilat İranın haqlı mövqeyi ilə ABŞ və sionist xərçəng şişi arasında neytral deyil.

“İQNA”-nın “əl-Mənar” kanalına istinadən verdiyi xəbərə görə, Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim verdiyi bəyanatda deyib:

“Biz İranın haqlı hüquqları ilə ABŞ-ın və onun təcavüzünün, İsrail adlı xərçəng şişinin və digər istibdad qüvvələrinin batil mövqeləri arasında neytral deyilik. Biz İranın yanındayıq.”

Bəyanatda həmçinin bildirilir:

“Biz öz mövqeyimizi İranın, onun rəhbərliyinin və xalqının yanında olduğumuzu açıq şəkildə bildiririk və Amerikanın və sionistlərin vəhşicəsinə təcavüzünə qarşı uyğun davranış nümayiş etdirəcəyik.”

O, bəyanatında İran İslam Respublikasını dünyada məzlumlara yardım edən parlaq bir çıraq adlandırıb və əlavə edib ki, istibdad rejimləri və dünya zalımları, o cümlədən Amerika, bu azadəlik nümunəsinə dözə bilmirlər.

Şeyx Nəim Qasim vurğulayıb ki, zalım Amerika və cinayətkar İsrail İran xalqını təslim edə bilməz.

O, əlavə edib:

“İranın sülhməramlı proqramı dinc məqsədlər və bu xalqın rifahı üçündür və bu, beynəlxalq hüququn İrana verdiyi bir haqqdır.”

Hizbullah baş katibi onu da qeyd edib ki, son günlərdəki hadisələr sionist rejimin acizliyini və ağır itkilərini göstərdi və bu rejim 77 illik Fələstin işğalından sonra ilk dəfə olaraq İrana qarşı təcavüzdə Amerikadan ciddi yardım istəməyə məcbur qaldı.

4289607

Teqlər: Şeyx nəim ، hizbullah ، iran ، amerika ، israil
captcha