IQNA

Mövlana Fəzlur Rəhman, Pakistanın İrana daha güclü dəstək verməsini tələb etdi

23:46 - June 22, 2025
Xəbər sayı: 3498394
İQNA - Pakistandakı İslam Alimləri Cəmiyyətinin (Cəmiət Ulemai İslam) rəhbəri Mövlana Fəzlur Rəhman, sionist rejimin İrana qarşı cinayətkar hücumlarını İslam dünyasının İsrailə qarşı birliyinin gücləndirilməsi üçün bir fürsət kimi dəyərləndirərək, Pakistan hökumətindən İran İslam Respublikasına daha güclü dəstək verməsini tələb etdi.

İQNA-nın verdiyi məlumata görə, bu gün İslamabad Milli Məclisinin açıq iclasında çıxış edən Mövlana Fəzlur Rəhman bildirib ki, Pakistan İslam ümmətini bir araya gətirmək üçün lazımi imkanlara malikdir və buna görə də İsrailin hücumlarının yaratdığı vəziyyətə qarşı dərhal tədbirlər görülməlidir.

O əlavə edib: “İran hazırda İsrailin təcavüzünə cavab verir, lakin sionist rejimin havadarları İranın cavab tədbirlərinə mane olmağa çalışırlar”.

Mövlana Fəzlur Rəhman bildirib ki, İsrail uzunmüddətli işğal və təcavüzlərdən sonra Fələstinə, daha sonra Livan və Suriyaya hücum etdi. Ardınca İrana təcavüz etdi və biz xəbərdarlıq edirik ki, növbəti hədəf Pakistan olacaq.

O, təəssüflə bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı artıq öz əhəmiyyətini itirib və ABŞ Qəzzada insanların qətliamı üçün İsrailə dəstəyini davam etdirir.

Fəzl qolu ilə tanınan İslam Alimləri Cəmiyyətinin rəhbəri, Pakistan Milli Məclisinin sədri ilə görüşündə də sionist rejimin İrana qarşı terror hücumlarının artmasından narahatlığını ifadə edib və Pakistanın İran İslam Respublikasına daha güclü dəstək verməsini istəyib.

Pakistan Milli Məclisinin sədri Sərdar İyaz Sadiq də bildirib ki, ölkəsi İranın yanındadır və İsrailin təcavüzünü qəti şəkildə pisləyir.

4289567

Teqlər: pakistan ، iran ، müharibə ، israil
captcha