“Arabi Əl-Cədid” saytının məlumatına görə, onlarla iranlı, tələbə, sülh fəalı və irlandiyalı vətəndaş Dublin şəhər mərkəzində toplaşaraq İsrailin İran torpaqlarına qarşı son hərbi hücumunu pisləmək məqsədilə etiraz aksiyası keçiriblər.
Etiraz zamanı “Əllərinizi İrandan çəkin”, “Fələstini azad edin” kimi şüarlar səsləndirilib və iştirakçılar İsrailin İran ərazisinə qarşı qeyri-qanuni hərbi hücumunu qınayıb, bölgədə İsrail təcavüzünün dərhal dayandırılması çağırışında bulunublar.
Aksiyada çıxış edənlər beynəlxalq ictimaiyyəti İsrailin beynəlxalq hüququ dəfələrlə pozmasına qarşı aydın və qəti mövqe sərgiləməyə çağırıblar.
4290125