“İQNA”-nın məlumatına görə, son gərginliklər və ABŞ-ın İran İslam Respublikasının ərazisinə təcavüzündən sonra Oman Respublikasının baş müftisi Şeyx Əhməd bin Həmd əl-Xəlili, özünün "X" sosial şəbəkəsindəki şəxsi səhifəsində İranı sionist işğalçı rejim üzərindəki qələbəsinə görə təbrik edərək yazdı: “Allahın istəyi ilə ABŞ-ın İranın nüvə obyektlərinə etdiyi təcavüz ciddi bir təsir buraxmadı”.
O, bildirdi: “Mən İranın rəhbərliyini və xalqını təbrik edirəm və Yəmənin cəsur qəhrəmanlarına onların qeyrətli imanı və qəhrəmancasına müqavimətlərinə görə təşəkkür edirəm”.
Omanın müftisi düşmənin məqsədlərinə çatmamasına işarə edərək bu hadisəni İranın güc və möhkəmliyinin bir nişanəsi hesab etdi və bu qələbəni İran rəhbərliyinə və xalqına təbrik etdi.
O, həmçinin Yəmən xalqına və onun cəsur döyüşçülərinə, dostlarına səmimi dəstək göstərdikləri və qəhrəmancasına dirəniş göstərdikləri üçün təşəkkürünü ifadə etdi.
O, bu həmrəyliyi dini qeyrət və İslam birliyinin nümunəsi adlandıraraq, bunun parlaq gələcəyin müjdəçisi olduğunu bildirdi.
İslam Peyğəmbərinin (s) hədisinə istinad edən əl-Xəlili vurğuladı ki, müsəlmanlar dini qardaşlarını tək buraxmamalı və çətinliklərdə bir-birlərinə yardım etməlidirlər.
O, ümidvar olduğunu bildirdi ki, bu həmrəylik müqəddəs məkanların azadlığına və İslam torpaqlarının işğalçılardan tamamilə qurtulmasına zəmin yaradacaq.
Omanın baş müftisi, həmçinin imanı, birliyi və ilahi yardımı müsəlmanların yaxın gələcəkdəki qələbələrinin sirri adlandıraraq, İslam ümmətinin izzət və səadət dövrünə qayıdacağını vurğuladı.
4291022