IQNA

Liviya müftisi: “Amerika müharibənin nəticələrindən qorxaraq İranla atəşi dayandırmaq qərarına gəlib”

2:59 - June 30, 2025
Xəbər sayı: 3498437
İQNA - Liviyanın baş müftisi İranın işğal olunmuş ərazilərin dərinliklərinə hücumlarının təsirinə toxunaraq vurğulayıb: “Müharibə hələ ikinci həftəsinə çatmamışdı ki, ABŞ prezidenti onun nəticələrindən qorxaraq münaqişəni dayandırmağa qərar verdi. Niyə? Çünki İsrail hücumlar həyata keçirərkən bu müharibədə məhv edilir. Qəzzədən fərqli olaraq ki, orada yalnız sionist rejimi öldürür və təhlükəsizdir.

“İQNA”-nın verdiyi məlumata görə, regionda hadisələrin gərginləşməsi və sionist rejim ilə İran İslam Respublikası arasında son müharibənin ardınca Liviyanın baş müftisi Şeyx Sadiq Əl-Qariani sosial şəbəkələrdə şəxsi səhifəsində dərc etdiyi açıqlamalarda ABŞ və ərəb rejimlərinin mövqelərini sərt şəkildə tənqid edib.

Əl-Qariani ABŞ-ın İran-İsrail müharibəsinə reaksiyasının dərhal və qəti olduğuna işarə edərək dedi: Müharibə hələ ikinci həftəsinə çatmamışdı ki, ABŞ prezidenti onun nəticələrindən qorxaraq münaqişəni dayandırmağa qərar verdi. Niyə? Çünki İsrail hücumlar həyata keçirərkən bu müharibədə məhv edilir. Qəzzədən fərqli olaraq ki, orada yalnız sionist rejimi öldürür və təhlükəsizdir.

O, sözünə belə davam etdi: “İrandan İsrailə doğru atılan raketlər və alovlu meteoritlər sionist şəhərlərini silkələdi, hündür qüllələri torpaq yığınlarına çevirdi və insanları sığınacaqlara apardı. Bu qorxu ABŞ-ı müttəfiqini xilas etmək üçün hərəkətə keçirməyə vadar etdi”.

Liviya müftisi ərəb və islam hökmdarlarını tənqid edərək deyib: “ABŞ prezidenti iki həftə ərzində sionistləri xilas etmək üçün hərəkətə keçdiyi halda, ərəb hökmdarları Qəzzə xalqının qırğınları, aclıqları və mühasirələri qarşısında iki ilə yaxındır ki, səssiz qalıblar. Onların nə dini qeyrətləri var, nə də insani namusları var, İslam düşmənlərinə həyasızcasına xidmət edirlər”.

O əlavə edib: “ABŞ prezidenti Fars körfəzinə səfərdən yenicə qayıdıb və regionun hökmdarları ilə beş trilyon dollarlıq müqavilələr imzalayıb. Bu, Amerikanın tarix boyu İsrailə verdiyi bütün dəstəkdən bəlkə də çoxdur. Amma bu hökmdarlar bu yardımın bir hissəsinin mühasirəni aradan qaldırmaq və Qəzzaya humanitar yardım göndərmək üçün ayrılmasını şərt belə qoymayıblar”.

Əl-Qariani müsəlman xalqlarına son müraciətində deyib: “Əgər hökmdarlar xəyanət edib Fələstində cihadı dəstəkləməkdən imtina ediblərsə, susmamaq İslam xalqının borcudur. Bütün İslam ölkələrində insanlar küçələrə çıxmalı, etiraz etməli, ianə toplamalı, düşməni boykot etməli, İslam müqavimətini var gücü ilə dəstəkləməlidir. Çünki işğalçı düşmənin məğlub olması və İslam torpaqlarından geri çəkilməsi üçün bu dəstək dini bir borcdur.

4291567

Teqlər: liviya ، müfti ، iran ، amerika
captcha