IQNA

Politis jurnalı vurğuladı:

Fransada sağçı radikalların irqçi və dini müharibəni qızışdırması

3:07 - June 30, 2025
Xəbər sayı: 3498441
İQNA - Politis jurnalı bildirib ki, Fransada sağçı radikal hərəkat öz hərəkətləri ilə ölkədə irqçi və dini qarşıdurmalara rəvac verir.

“İQNA”-nın “Əl-Cəzirə”-yə istinadən verdiyi məlumata görə, “təcilçilik” ideologiyası sağçı terrorizmin əsas hərəkətverici qüvvəsi kimi özünü göstərməkdədir. Bu hərəkat fəlakətçi və irqçi dünya görüşü ilə idarə olunur və mövcud sistemi dağıdaraq ağdərili bir cəmiyyət qurmaq istəyir.

Jurnalist Juliette Hainsselin yazdığı məqalədə qeyd olunur ki, Fransanın Milli Antiterror Prokurorluğu "Fəaliyyət Qüvvələri" (AFO) adlı sağçı radikal qrupun "cinayətkar terror təşkilatı" qurmaq ittihamı ilə bağlı məhkəmə prosesində, onların müsəlmanlara qarşı hücumlar planlaşdırdığı ideologiyanı təsvir etmək üçün "təcilçilik" anlayışını ön plana çəkib.

10 iyun çərşənbə axşamı Paris Cəza Məhkəməsində AFO-nun 16 üzvünün məhkəməsi başlayıb. Onların planları 200 imamı öldürmək, məscidlərə hücum etmək və halal qidaları zəhərləmək kimi vəhşilikləri əhatə edirdi.

Avropa Polis Təşkilatı (Europol) 2024-cü il hesabatında bu ideoloji cərəyanı sağçı terrorizmin içində “ən ciddi təhlükə” adlandırıb. Siyasi elmlər üzrə ustad və sağçı terrorizm üzrə mütəxəssis Stefan Fransua deyir ki, bu hərəkat zorakı fəaliyyəti, mövcud sistemi zəiflətmək üçün bir vasitə olaraq görür. Müəllif qeyd edir ki, bu ideologiya yalnız sağçılıqla məhdudlaşmır, qismən marksizmdən qaynaqlanır. Onların strategiyası kapitalizmi öz ziddiyyətləri altında sürətləndirmək və məhv etməkdir.

Yazara görə, bu ideologiya gələcəklə bağlı fəlakətçi bir baxışdan qaynaqlanır və irqə müqəddəslik statusu verən ezoterik (batini) bir doktrin ilə idarə olunur. Bu ideoloji düşüncə 1970-ci illərdə İtaliyada yaranıb.

Bu sağçı radikal hərəkat, Amerikada yazılmış bir sıra kitablardan ilham alaraq inkişaf edib. Bunların birincisi, ağdərililərin ABŞ-da qaradərililərə qarşı çevriliş etdiyini təsvir edən Endryu MakDonaldın yazdığı "Törner gündəlikləri" adlı romandır. Digər kitab isə neofaşist amerikalı Ceyms Meysonun 1993-cü ildə yazdığı "Mühasirə" manifestidir.

Məhkəmə proseslərində təqsirləndirilən şəxslər, antiterror prokurorluğunun onlara qarşı irəli sürdüyü, müsəlman icmasına qarşı zorakı fəaliyyətlər planlaşdırmaq ittihamından yayınmaq üçün Fransada vətəndaş müharibəsi təhlükəsinə dair “narahatlıqlarını” vurğulamağa çalışıblar.

4291653

Teqlər: fransa ، radikal ، irqçilik ، islamofobiya
captcha