IQNA

İraqalı analitin “İQNA” ilə müsahibəsi:

“İranın İsrailə cavabı İmam Hüseynin (ə) qiyamından ilham aldı”

7:52 - July 02, 2025
Xəbər sayı: 3498451
İQNA – İraqlı siyasi analitik, İranın sionist rejimə qarşı cavabının zilləti qəbul etməyən İmam Hüseynin (ə) qiyamından ilham aldığını bildirib.

İraq əsilli media fəalı, siyasi analitik və yazar Əla əl-Xətib hal-hazırda Londonda yaşayır. O, İranın sionist rejimin təcavüzünə qarşı 12 günlük müqavimətini “İQNA”-ya dəyərləndirib.

Siyasi analitik bildirib ki, İranın sionist rejimə verdiyi cavab bölgədə tarazlıq yaradıb və bütün müsəlmanlara, eləcə də dünyadakı məzlum insanlara inamı qaytardı.

O, əlavə edib ki, İranın İsrailə verdiyi cavab güclü və çəkindirici bir addım olub və bu, İrana və ya bölgəyə hücum etməyi düşünənlərə açıq bir mesaj idi.

“Bu cavab yalnız İrana aid deyil; bu, Orta Şərqdəki bütün müsəlman xalqların cavabıdır”, – deyən analitik, bu cavabın onlara güc, çəkindiricilik və inam verdiyini və İsrailin “məğlubedilməz ordu” mifinin, silah qabiliyyətlərinin uğursuzluqla tamamilə puç olduğunu qeyd edib.

İraq əsilli fəal bildirib ki, İran bölgədə bir güc olaraq təsirini nümayiş etdirdi və İsrail ilə yanaşı dünya da İranın hərbi gücünü tanımağa məcbur oldu.

“O qədər güclü zərbə endirildi ki, İran öz raketləri ilə Təl-Əviv’i Qəzzəyə çevirməyi bacardı. Bu, israillilərin özlərinin də qəbul etdiyi bir reallıqdır. Bu hərbi performans təqdirəlayiqdir və İslam dünyası ilə Orta Şərqin tarixində yadda qalacaq”, – deyə bildirib.

Siyasi analitik qeyd edib ki, İran hücuma məruz qaldığı üçün beynəlxalq hüquq ona özünü müdafiə etməyə icazə verir və bu məsələ ümumi qəbul olunmuşdur. Türkiyə, Pakistan, Rusiya və bir sıra başqa ölkələr İranın özünü müdafiə etməyə və Sionist rejimin təcavüzünə cavab verməyə haqqı olduğunu bəyan ediblər.

O, həmçinin qeyd edib ki, sionist rejim bütün insani və əxlaqi sərhədləri aşaraq İranda mülki və tibbi obyektləri hədəfə almaqla bütün qırmızı xətləri keçib.

Əl-Xətib deyib: “Əslində İranın cavab verməyəcəyini düşünürdülər. Amma onlar İmam Hüseynin (ə) qiyamından ilham alan, zillət və alçalmadan imtina edən bir millətlə qarşılaşdılar.”

İraqlı siyasi analitik sadəcə qınama ilə kifayətlənməyin kifayət etmədiyini və daha güclü addımlar atılmalı olduğunu bildirərək BMT Təhlükəsizlik Şurası, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumları qəti mövqe nümayiş etdirməyə çağırıb.

Əla əl-Xətib xəbərdarlıq edərək bildirib: “Əgər cavab verilməsəydi, Netanyahu özünü Orta Şərqin imperatoru kimi görəcəkdi.” O əlavə edib: “İsraili qınayan bəyanatlar əməli addımlara çevrilməlidir.”

4290700

Teqlər: İraq ، iran ، sionist rejim ، israil
captcha