“İQNA”-nın “Yedioth Ahronoth” qəzetinə istinadla verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp gələn həftə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcəyini və bu görüşdə “iki ölkənin İranda əldə etdiyi uğurlar” adlandırdığı məsələlər və eyni zamanda “Qəzza haqqında” danışacağını bildirib.
ABŞ prezidenti Ağ Evi tərk etməzdən əvvəl jurnalistlərlə söhbətində bu görüş barədə iddia edib: “İranda əldə etdiyimiz böyük uğurdan danışacağıq, elə bir uğur ki, illərdir heç kim onu əldə edə bilməmişdi.”
O, İsrailin açıq hərbi təcavüzünə İranın verdiyi cavab nəticəsində bu rejimə dəyən böyük zərərlərə isə heç bir şəkildə toxunmayıb.
Tramp eyni zamanda bildirib ki, Qəzzada atəşkəsin tezliklə bərqərar olacağına ümid edir.
Üç gün əvvəl Tramp jurnalistlərə demişdi ki, gələn həftə bu istiqamətdə razılaşma əldə olunacaq.
4292044