IQNA

Almaniyada hicaba görə bir ana və körpəsi ölümlə hədələndi

4:45 - July 05, 2025
Xəbər sayı: 3498470
İQNA – Almaniyanın Bremen şəhərində bir müsəlman ana və onun körpəsi yalnız hicab taxdıqları üçün ölümlə hədələnib.

“İQNA”-nın “Newsroom”a istinadla verdiyi xəbərə görə, bu hadisə Almaniyada artmaqda olan islamofobiyanın bariz nümunəsi sayılır. Belə ki, 31 yaşlı müsəlman qadın sadəcə hicablı olduğu üçün ölüm təhdidi ilə üzləşib.

Almaniya mediasının verdiyi məlumata əsasən, bu insident Bremen şəhərindəki Horner Mühlen tramvay dayanacağında baş verib. Naməlum bir kişi qucağında körpə qızı olan qadına yaxınlaşaraq qışqırıb: “Dərhal hicabını çıxart, yoxsa səni öldürərəm!” Qadın onu telefonla çəkən zaman kişi daha da aqressivləşərək hədələyib: “Əgər videonu silməsən, qızını öldürərəm!”

Hadisədən sonra hücum edən şəxs tramvaya minib və Lilienthal istiqamətində qaçıb. Bremen polisi bu hadisəni araşdırır və şahidlərdən hər hansı məlumatı olanların kömək etməsini istəyib.

Qeyd edək ki, bu hadisə Bremen şəhərində baş verən ilk belə hal deyil. Son aylarda oxşar hücumlar qeydə alınıb – may ayında hicablı bir qız hücuma məruz qalıb, keçən il isə müsəlman bir ailə bıçaqla hədələnmişdi.

Bu hücumlar göstərir ki, müsəlmanlara qarşı nifrət artıq yalnız sözlərlə məhdudlaşmır, birbaşa və təhlükəli zorakılıq formasında da özünü göstərir. Bu vəziyyət dərhal tədbir görülməsini, səlahiyyətli qurumların və vətəndaş cəmiyyətinin islamofobiyaya qarşı ciddi mübarizə aparmasını və Almaniyada çoxmədəniyyətli və dinc birgəyaşayışın qorunmasını zəruri edir.

4292498

captcha