IQNA

İraq Google-ə Həzrət Zeynəbin (s) hərəminin adının dəyişdirilməsi ilə bağlı xəbərdarlıq edib

4:26 - July 06, 2025
Xəbər sayı: 3498476
İQNA - İraq Rəqəmsal Media Mərkəzi (DMC), “Google” şirkətinin Həzrət Zeynəbin (s) hərəminin adını dəyişməsi və təhqiramiz detallar əlavə etməsi ilə bağlı xəbərdarlıq edib

“İQNA” xəbər agentliyinin İraqın rəsmi xəbər agentliyi “Waa”-ya istinadən verdiyi məlumata görə, Rəqəmsal Media Mərkəzi yaydığı bəyanatda bildirib: “Müqəddəs dini bir simvolun rəqəmsal şəkildə təhrif olunması, təkcə beynəlxalq platformalarda peşəkar prinsiplərin və davranış normalarının açıq şəkildə pozulması deyil, eyni zamanda sosial sülh üçün ciddi bir təhdiddir. Bu addım, geosiyasi baxımdan mürəkkəb və milyonlarla istifadəçiyə mənfi təsir göstərən bir mühitdə məzhəbçi ritorikanın alovlanmasına səbəb olur və təhlükəli sosial iğtişaşlara gətirib çıxara bilər”.

Mərkəz, bu baş verənlərin mənəvi və hüquqi məsuliyyətini “Google” şirkətinin daşıdığını vurğulayıb və bu şirkətdən tələb edib ki, bu təhqiredici məzmunu dərhal silsin və dini məkanlar və müqəddəslərlə bağlı bu cür halların təkrarının qarşısını almaq üçün daha ciddi və qabaqlayıcı tədbirlər görsün.

İraqın Rəqəmsal Media Mərkəzi həmçinin ölkənin Media və Kommunikasiya Təşkilatına müraciət edərək, öz hüquqi səlahiyyətlərindən istifadə edərək rəsmi araşdırma başladılmasını və “Google” şirkətinin məzmun baxımından neytrallığı qorumağa məcbur edilməsini istəyib. Əgər “Google” ədalətli və neytral məzmun prinsiplərinə əməl etməzsə və bölgədəki dini simvollara və müqəddəs yerlərə hörmət göstərməzsə, Çin və Rusiya kimi ölkələrin etdiyi kimi “Google Maps” və “Google Ads” kimi xidmətlərin məhdudlaşdırılması ilə hədələnməlidir.

Mərkəz bəyan edib ki, dini müqəddəslərə hörmət, rəqəmsal məzmun siyasətində ən yüksək prioritetlərdən biri olmalıdır.

Bəyanatda vurğulanıb: “Dini simvollar və ziyarətgahlar təfsir və təhrifə açıq deyil və istifadəçilərin şəxsi zövqlərinə uyğun dəyişdirilməməlidir. Onlar bölgədə rəqəmsal və sosial təhlükəsizliyin sabit ünsürlərindən hesab olunurlar”.

4292713

Teqlər: həzrət zeynəb ، İraq ، hərəm ، google
captcha