IQNA

Türkiyə parlamentində Cümə namazında iştirak üçün məzuniyyət təklifi müzakirə olunur

9:44 - July 09, 2025
Xəbər sayı: 3498495
İQNA - Türkiyədə bir siyasi partiya işçilərə Cümə namazında iştirak edə bilmələri üçün məzuniyyət verilməsini istəyib.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Azad Tələb Partiyası (HÜDA PAR) bir təklif irəli sürüb ki, bu təklifə əsasən dövlət və özəl sektor işçilərinə Cümə namazı vaxtı rəsmi məzuniyyət veriləcək və onlar bu dini vəzifəni müntəzəm və qanuni şəkildə, iş saatlarından kəsilmədən yerinə yetirə biləcəklər.

Partiya öz təklifində vurğulayıb ki, ibadət azadlığı hüquqi bir haqqdır və qorunmalıdır. Bu tədbir işçilərin mənəvi rahatlığını və iş-həyat balansını artıracaq.

İstanbul millət vəkili və partiya sədri Zəkəriyyə Yapıcıoğlunun rəhbərliyi ilə partiya nümayəndələri tərəfindən imzalanan bu təklifdə Dövlət Qulluğu Haqqında Qanun və Əmək Qanununa dəyişiklik edilərək, Cümə günləri üçün bu həftəlik məzuniyyətin qanuniləşdirilməsi təklif olunur.

Hazırda bu təklif hələ qanun halına salınmayıb və qanunvericilik müzakirəsi mərhələsindədir. Gözlənilir ki, bu təklif parlamentin müvafiq komitələrinə göndərilsin və orada müzakirəyə hazırlansın.

Əgər qəbul edilərsə, dövlət işçiləri ilə yanaşı, özəl sektor işçilərinə də Cümə namazını qılmaq üçün kifayət qədər vaxt ayrılacaq.

Partiyanın İnsan Haqları və Hüquqi İşlər üzrə rəhbəri bu barədə bildirib ki, Türkiyə Konstitusiyasının 24-cü maddəsi dini azadlığı və şəxslərin dini ayinlərini yerinə yetirmək hüququnu təmin edir. Bu maddəyə əsasən, dövlət yalnız dini inanclara müdaxilə etməməlidir, eyni zamanda bu dini ayinlərin sərbəst və təhlükəsiz şəkildə icrası üçün şərait yaratmaqla da öhdəlik daşıyır.

O əlavə edib: “Baxmayaraq ki, ibadət azadlığı konstitusiyada qorunur, bu təkcə kifayət etmir. Bu hüququn praktikada qarşısını alan müxtəlif izah fərqlərinin aradan qaldırılması və praktik problemlərin həlli üçün qanunvericiliyə ehtiyac var. Cümə namazı İslamda əsas vacib ibadətlərdəndir və camaatla birgə qılınır. Lakin onun iş saatlarına təsadüf etməsi bəzən işçilərin bu ibadəti yerinə yetirməsinə mane olur, bu isə psixoloji narahatlığa, iş mühitinə, əmək təhlükəsizliyinə və məhsuldarlığa mənfi təsir göstərir”.

4293340

captcha