IQNA

1:37 - July 12, 2025
Xəbər sayı: 3498505

Almaniya parlamenti qarşısında Qəzza uşaqlarının fotosərgisi keçirilib

İQNA - Beynəlxalq insan hüquqları təşkilatı olan “Avaaz” Almaniyanın paytaxtı Berlində yerləşən parlament binası (Bundestaq) qarşısında “Qəzza uşaqlarının şəkilləri” adlı sərgi təşkil edib. Məqsəd ictimaiyyətin diqqətini Qəzza zolağında baş verən humanitar fəlakətə cəlb etmək olub.

Almaniya parlamenti qarşısında Qəzza uşaqlarının fotosərgisi keçirilib

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, “Qəzza uşaqlarının gözlərinə baxın” şüarı ilə təşkil olunan sərgidə Qəzzada müharibənin qurbanı olmuş fələstinli uşaqlara aid 10 böyük foto nümayiş olunub və bu fotolar parlamentin girişində sərgilənib.

Şəkillərin yanında “Onlar sadəcə uşaqdır” və “Qəzza uşaqlarının gözlərinə baxa bilərikmi?” kimi ismarıclar yazılmış lövhələr də yer alıb.

Bəzi alman vətəndaşları isə bu şəkillərin yanına oyuncaqlar qoyaraq Qəzzada şəhid olan uşaqlara həmrəyliklərini ifadə ediblər.

4293587

captcha