“İQNA”-nın “Əl-Şərq” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Hindistanın Kerala ştatından olan 9 yaşlı Məhəmməd Mədləc adlı oğlan, Qurani-Kərimə olan dərin bağlılığını və kiçik yaşlarda malik olduğu yaradıcı ruhunu əks etdirən bənzərsiz bir addımla, 2 il yarım fasiləsiz və dəqiq iş nəticəsində Qurani-Kərimin tam bir nüsxəsini öz xətti ilə yaza bilib.
Bu uşaq Qurani-Kərimi yazmağa 2022-ci ilin dekabrında, cəmi 6 yaşı olanda, 7 yaşdan kiçik uşaqlar üçün təşkil edilən yerli bir müsabiqədən ilham alaraq başlayıb.
O, hər gün bir saatını A4 kağızında karandaşla Qurani-Kərimi yazmağa sərf edir, ərəb xəttatlığının qaydalarına və düzgün hərəkə (ərəb əlifbasında səsləri göstərən işarələr) yazımına əməl edirdi.
Ailəsi onun üçün uyğun mühit yaratmış və işinin gedişatına yaxından nəzarət etmişdir. Anası onun yazdıqlarını yoxlayaraq lazım olan düzəlişləri aparmış və nəhayət, Qurani-Kərimin yazılması layihəsi 2025-ci il mayın 26-da başa çatmışdır.
Yazılmış nüsxənin Qurani-Kərim mətninə tam uyğun olduğuna əmin olmaq üçün kişi və qadın hafizlər tərəfindən dəfələrlə diqqətlə yoxlanılmışdır. Qurani-Kərimin cüzləri iki ay ərzində bir neçə dəfə nəzərdən keçirilmişdir ki, mətnin təsdiqlənmiş rəsmi nüsxə ilə tam uyğunluğu təmin edilsin.
4293725