“İQNA”-nın “qurancomplex” saytına istinadla verdiyi xəbərə görə, Kral Fəhd Quran Nəşri Mərkəzi 19 iyul cümə axşamı günü Banqladeş Hədis Cəmiyyətinin sədri Abdullah Faruqu qonaq edib. Səfər çərçivəsində o, Səudiyyə Ərəbistanının Qurani-Kərimin çapı, nəşri və tərcüməsi sahəsində gördüyü işlərlə yaxından tanış olub.
Səfər zamanı mərkəzin fəaliyyətlərini və Qurana xidmət sahəsində əldə etdiyi mühüm nailiyyətləri əks etdirən sənədli film nümayiş etdirilib. Ardınca Abdullah Faruq mərkəzin müxtəlif bölmələrinə baş çəkib.
O, Qurani-Kərimin çapı, nəşri və Allah kəlamının 77-dən çox dilə tərcümə edilməsi prosesi ilə tanış olub. Bu da Kral Fəhd Quran Nəşri Mərkəzinin Quranı dünya xalqlarına çatdırmaq sahəsindəki qlobal və qabaqcıl rolunu göstərir.
Banqladeş Hədis Cəmiyyətinin sədri də bu mərkəzdəki səfəri zamanı İslama və müsəlmanlara xidmət sahəsində Səudiyyə Ərəbistanının fəaliyyətlərini yüksək qiymətləndirərək bildirib ki, Kral Fəhd Quran Nəşri Mərkəzi Qurani-Kərimə göstərilən diqqət baxımından nadir bir nümunədir.
Səfərin sonunda Kral Fəhd Quran Nəşri Mərkəzinin rəhbərliyi, Abdullah Faruqun bu ziyarətini və iki ölkə arasında tarixi əlaqələrin simvolunu qiymətləndirmək məqsədilə ona bu mərkəzdə çap olunmuş bir nüsxə Quran hədiyyə ediblər.
4293881