IQNA

Həzrət Abbas (ə) ziyarətgahının rəhbəri İraqın qalib qarilərini təltif etdi

1:05 - July 15, 2025
Xəbər sayı: 3498528
İQNA - Həzrət Abbas (ə) ziyarətgahının rəhbəri bu ziyarətgahdan olan bir Quran heyəti ilə görüşündə, Quran müsabiqələrində yüksək yerlər qazanmış bir sıra qariləri təltif etdi.

“İQNA”-nın “əl-Kəfil” portalına istinadən verdiyi xəbərə görə, Həzrət Abbas (ə) ziyarətgahının rəhbəri alim Seyyid Əhməd Səfii bu ziyarətgahın Quran Elmləri Məclisinin heyəti ilə görüşüb və söhbət edib.

Bu görüşdə Quran Elmləri Məclisi sədrinin müavini Əla əl-Musəvi, İmam Huseyn (ə) ziyarətgahının Quran müsabiqəsində birinci və ikinci yerləri qazanan üç nəfər qari, həmçinin İraqın peyk televiziya kanalı tərəfindən keçirilən azan müsabiqəsinin qalibi iştirak edib.

Həzrət Abbas (ə) ziyarətgahının rəhbəri bu qariləri təltif məqsədilə keçirilən bu görüşdə çıxışı zamanı deyib: “Qurani-Kərim yolunda addım atan şəxs mütləq şəkildə ondan təsirlənir və Quran onu daha yaxşı həyata yönləndirir.”

O əlavə edib: “Quran tilavəti, onu oxuyub-anlamaq və Quranla ünsiyyət Quran yolunda hərəkət etməyin aydın nəticələrindəndir və bu, Quran əhli olan şəxslərin həyatında öz əksini tapır.”

Alim Seyid Əhməd Səfii, bu iraqlı qarilərin Qurana xidmət etmək və cəmiyyət, xüsusilə gənclər arasında Quran mədəniyyətini yaymaq sahəsində göstərdikləri səyləri təqdir edərək bildirib: “Bu cür səylər Quran dəyərlərini və uca prinsiplərini daşıyan Quransevər və ayıq bir nəslin yetişdirilməsində təsirli olur.”

4294091

captcha