İmam Xomeyni (r.ə) Hüseyniyyəsində ədliyyə rəsmiləri ilə keçirilən bu görüşdə Ayətullah Xameneinin çıxışından əsas başlıqlar belədir:
Hamı bilməlidir ki, Uca Allah zəfəri İslam respublikası, Qurani-Kərim və İslamın kölgəsi altında İran milləti üçün təmin etmişdir və İran milləti mütləq qalib gələcəkdir.
Məhkəmə sisteminin, son törədilmiş cinayətlərlə bağlı daxili və beynəlxalq hüquq məhkəmələrində təqib aparması çox mühüm və zəruridir. Keçmişdə bir çox işlərdə bunu etməli idik, lakin nöqsanlar oldu. Bu dəfə isə bu nöqsan təkrarlanmamalıdır.
İran milləti son məcburi müharibədə böyük bir iş gördü; bu böyük iş bir əməliyyat növü deyildi, bir iradə, qətiyyət və özünə inam növü idi. Bir millətin, bir ölkənin və bir ordunun özündə ABŞ gücü və bölgədəki onun “ipə bağlanmış iti” olan sionist rejimlə qarşılaşmağa və mübarizə aparmağa hazır olduğunu görməsi — bu iradə və özünə inam çox dəyərli bir məqamdır.
Mənim dediklərimi hər kəs bilməlidir; həm dostlarımız, həm düşmənlərimiz, həm də İran milləti — ki, artıq bilir: İran milləti heç bir sahədə zəif tərəf olmayacaq. Çünki bizim əlimizdə lazım olan bütün vasitələr mövcuddur — həm məntiqimiz var, həm gücümüz. Həm diplomatiya sahəsində, həm də hərbi sahədə, inşallah, Allahın izni ilə, nə vaxt hərəkət etsək, güclü şəkildə hərəkət edəcəyik.
Biz sionist rejimi bir xərçəng kimi, Amerikani isə bu rejimi dəstəklədiyinə görə cinayətkar olaraq görürük; lakin biz müharibəyə başlayan tərəf olmamışıq. Düşmən hücum etdikdə cavabımız sarsıdıcı və qətiyyətli olsa da, müharibə başlatmağa yönəlməmişik.
Əgər sionist rejim diz çöküb yerə sərilməsəydi, və özünü müdafiə edə biləcək vəziyyətdə olsaydı, bu şəkildə Amerikaya sığınmazdı. Lakin anlayır ki, İslam Respublikası qarşısında duracaq gücə malik deyil.
İranın hədəf aldığı mərkəz Amerikanın bölgədəki son dərəcə həssas bir bazası idi və informasiya senzurası aradan qalxdıqda İranın nə qədər böyük zərbə vurduğu daha da aydın olacaq. Əlbəttə, Amerikaya və digərlərinə bundan da böyük bir zərbə endirilə bilər.
Mənbə: İRNA