IQNA

3:36 - July 24, 2025
Xəbər sayı: 3498581

Nücəba Hərəkatının ABŞ Dövlət Katibinin İraq işlərinə müdaxiləsinə reaksiyası

İQNA - Nücəba Hərəkatının Siyasi Şurasının sədri, ABŞ dövlət katibinin İraqın daxili işlərinə açıq müdaxiləsini qəbuledilməz adlandırıb.

Nücəba Hərəkatının ABŞ Dövlət Katibinin İraq işlərinə müdaxiləsinə reaksiyası

 

“İQNA” xəbər verir ki, çərşənbə günü Nücəba Hərəkatının Siyasi Şurasının sədri Şeyx Əli Əl-Əsədi, ABŞ-ın dövlət katibi Mark Rubionun müdaxiləsinə cavab olaraq deyib: “ABŞ-ın bu xəbis xarici işlər nazirinin İraqın daxili işlərinə açıq müdaxiləsi və “nə etməli, nə etməməli” kimi göstərişlər verməsi qınanmalıdır və qəbuledilməzdir. Ölkə rəhbərləri bu çirkin davranışı rədd etməlidirlər.”

O əlavə edib: “Bu məsələ bir daha sübut edir ki, müqavimət haqlıdır və ölkəni bütün sahələrdəki təcavüzlərdən qorumaq üçün bu müqavimətin davam etməsi zəruridir.”

Bundan əvvəl Mark Rubio İraqın Baş naziri Məhəmməd Şiya Əs-Sudani ilə telefon danışığında, hazırda İraq parlamentində müzakirəyə çıxarılan “Həşd əş-Şəbi təşkilatı haqqında qanun layihəsi” ilə bağlı ABŞ-ın dərin narahatlığını ifadə edərək, bu qanunun qəbulunun İrandan asılılığın artmasına, silahlı qruplara rəsmi status verilməsinə və İraqın suverenliyinin zəifləməsinə səbəb olacağını bildirmişdi.

Əs-Sudani isə cavab olaraq bildirmişdi: “Bu qanun layihəsinin parlamentə təqdim olunması hökumətin təhlükəsizlik islahatları proqramının bir hissəsidir və bu proqram İraq parlamenti tərəfindən təsdiqlənmişdir. Həşd əş-Şəbi rəsmi İraq hərbi qurumudur və Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə fəaliyyət göstərir.”

4295997

Teqlər: İraq ، amerika ، nücəba ، bağdad
captcha