IQNA

Misirli humanitar yardım daşıyan yük maşınları Qəzzaya yola düşdü

0:48 - July 28, 2025
Xəbər sayı: 3498601
İQNA - Misir mediası səhər saatlarının əvvəlindən etibarən humanitar yardım daşıyan yük maşınlarının Misirdən Qəzzaya doğru hərəkətə başladığını xəbər verib.

“İQNA”-nın “Əl-Qahira Əl-İxbariyyə” xəbər kanalına istinadla verdiyi məlumata görə, ərzaq məhsulları və infrastrukturun bərpası üçün lazım olan materialları daşıyan yük maşınları Rəfah keçid məntəqəsindən Qəzza zolağına doğru hərəkətə başlayıb.

Misirin humanitar yardım daşıyan yük maşınlarının Qəzzaya daxil olması üçün hazırlandığı anları əks etdirən videolar yayımlanıb.

کامیون‌های مصری حامل کمک‌های بشردوستانه راهی غزه شدند

Eyni zamanda, sionist rejimin ordusu bu gün bazar günü iddia edib ki, həmin rejimin hökumətinin göstərişlərinə əsasən, ordu ötən gecə Qəzzaya havadan humanitar yardım göndərib.

Sionist rejim ordusunun hesabatında deyilir: “BMT təşkilatları ilə əməkdaşlıq çərçivəsində və Hökumət Əlaqələndirmə İdarəsinin rəhbərliyi altında həyata keçirilən havadan yardım əməliyyatı çərçivəsində 7 yardım paketi, o cümlədən un, şəkər və konservləşdirilmiş ərzaq göndərilib”.

Misir mənbələri daha əvvəl bildirmişdilər ki, son iki gün ərzində 166 humanitar yardım yük maşını Qəzzanın şimalında yerləşən Zikim keçidi və Kerem Əbu Salim keçid məntəqəsi vasitəsilə Qəzzaya daxil olub.

Bu yardımlara un, ərzaq məhsulları və tibbi ləvazimatlar daxildir.

Misir mənbələri təsdiq ediblər ki, aclıq böhranının yaşandığı bir vaxtda bu ölkə hazırkı dövrdə Qəzza zolağına daha çox yardım çatdırmaq üçün bütün beynəlxalq tərəflərlə əməkdaşlığını gücləndirir.

Qeyd edək ki, sionist rejimin ordusu bazar günü səhər saatlarından eyni günün axşam saatlarınadək Qəzzanın bir neçə sıx məskunlaşmış bölgəsində, o cümlədən şimal hissəsində “insani atəşkəs” elan olunduğunu iddia edib.

Sionist rejimin Xarici İşlər Nazirliyi isə bu atəşkəsin guya humanitar yardımların bölgəyə çatdırılmasını asanlaşdırmaq məqsədilə həyata keçirildiyini iddia edib. Halbuki Qəzzanın digər bölgələrində müqavimət qüvvələrinə qarşı hərbi əməliyyatlar davam edir.

4296589

captcha