“Əl-Cəzirə”nin xəbərinə görə, sionist rejimin mediası müharibənin İsrail iqtisadiyyatına, elmi tədqiqat sahələrinə və İlat limanında gəmilərin hərəkətinin tamamilə dayanması nəticəsində yaranan itkilərə dair müzakirələr aparıb.
Sionist media eyni zamanda israilli qonaqların ABŞ Prezidenti Donald Trampın Qəzza məsələsində İsrail Baş naziri Benyamin Netanyahu ilə uzlaşdığına dair fikirlərinə də yer verib.
Həmin media orqanları bildiriblər ki, Qəzza müharibəsi və oradan yayılan dəhşətli görüntülər israilli alimlərin vəziyyəti və fəaliyyəti üzərində ciddi təsirlər yaradıb.
Sionist rejim mediasının məlumatına görə, Qəzzaya qarşı təcavüz elmi sahədə maliyyə yardımlarının da ciddi şəkildə azalmasına səbəb olub.
Vayzman Elmlər İnstitutundan professor Eran Seqalın sözlərinə görə, müharibə elmi tədqiqatlara zərər vurur və israillilərin Avropa İttifaqından aldıqları maliyyə yardımları 70 faiz azalıb.
Qəzza müharibəsi Eylat limanına da ciddi ziyan vurub. Sionist rejimin 11-ci kanalının verdiyi məlumata əsasən, müharibədən bir qədər əvvəl limanda 50 min yeni avtomobil dayanmışdı, amma indi limanda heç bir avtomobil qalmayıb.
Bu televiziya kanalı bildirib ki, dəniz yolu və Eylat limanı ümumilikdə Yəmənin Ənsarullah qrupunun hücumları nəticəsində zərər görüb.
Kanalın verdiyi məlumata görə, Eylat limanının baş direktoru Gideon Qolber bildirib ki, Yəmənin husiləri noyabrın 20-dən, yapon gəmisini və onun heyətini ələ keçirdikləri və Bab əl-Məndəb boğazını bağladıqları vaxtdan etibarən Eylat limanını faktiki olaraq bağlayıblar.
4296660