IQNA

“Həsir” klipi – Ərbəin mövsümündə İran və Qafqaz arasında mədəni körpü + video

12:55 - August 12, 2025
Xəbər sayı: 3498683
İQNA - Təsirli “Həsir” klipi İranlı və Qafqazlı sənətçilərin ortaq işi kimi təqdim olunub. Əsər regiondakı müsəlman xalqlar arasında birlik və həmrəyliyi möhkəmləndirməyə xidmət edir, Azərbaycan, Gürcüstan və Türkiyədə böyük maraqla qarşılanaraq mədəni diplomatiya və Aşura mesajlarının təbliyi istiqamətində mühüm addım sayılır.

İQNA-nın məlumatına görə, Azərbaycan dilində ifa olunan “Həsir” klipi Kərbəla və Ərbəin mövzusunu dərin məzmunla təqdim edən yüksək səviyyəli mədəni-bədii layihədir. Əsər coğrafi sərhədləri aşaraq geniş auditoriyaya çatıb.

Klip “Bəyan Fərhəng” İnstitutunun sifarişi və doktor Arif Abdullayevin prodüserliyi ilə hazırlanıb. Layihənin məqsədi Əhli-beytin (ə) birləşdirici mesajlarını yaymaq, Qafqaz və İran xalqları arasında dini-mədəni ortaq dəyərləri gücləndirməkdir.

Klipin yaradıcı heyətinə mərsiyə hissəsində Hadi Kazımi və Şamil İsmayılov, şeir müəllifi Rza Əmiri, bəstəkar Fəriborz Xatəmi daxildir. Operator Əlnur Hüseynov, rejissor isə Hadi Şəkravidir. Əsər İmam Hüseynə (ə) olan sevgi və ehtiramı yadda qalan vizual üslubla təqdim edib.

Sosial şəbəkələrdə və regional mediada geniş yayılan layihə, müsəlman xalqların Aşura mədəniyyətinə olan dərin bağlılığını əks etdirib.

“Həsir” layihəsi “Bəyan Fərhəng” İnstitutunun Qafqaz və Avrasiya bölgəsinə yönəlmiş çoxdilli kontent istehsalı proqramının bir hissəsidir. Layihə mədəni körpülərin qurulması və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində öz missiyasını uğurla yerinə yetirib.

Bu klip bir daha sübut edir ki, Aşura mədəniyyəti və incəsənət xalqlar arasında həmrəylik və həmzəbanlıq üçün ən təsirli vasitələrdəndir və Məhərrəm – Ərbəin mövsümü daha böyük birlik üçün mühüm fürsət ola bilər.
4299079

kod
Teqlər: klip ، kərbəla ، Ərbəin
captcha