İQNA-nın Qumdan Cəmkəran Müqəddəs Məscidinin Xəbər Mərkəzinə istinadla verdiyi xəbərə görə, Əlirza Pənahiyan 21 xordad tarixində, 1090-cı dirəkdə yerləşən Cəmkəran Məscidi mökibində “Sionist mallarının boykotu” mövzusunda keçirilən səkkizinci fəsli beynəlxalq məhəviyyat toplantısında çıxış edib.
O, tarix boyu fəqihlərin Qərb mallarının, xüsusilə də sionist rejimlə bağlı məhsulların boykot olunması barədə fətvalar verdiyini, İngilis tütününün boykotu nümunəsinin isə milli müstəqilliyi qorumaqda uğurlu bir örnək olduğunu xatırladıb.
Pənahiyan böyük mərcəi-təqlidlərə müraciət edərək, sionist rejimi rəsmi şəkildə dəstəkləyən malların boykotuna və bu rejimə bağlı fabriklərdə işləmək və istehsal barədə aydın, etibarlı şəri fətvaların verilməsini istəyib.
O, həmçinin media və müəllimlərin bu mövzuda ictimai maarifləndirmə işini artırmasının vacibliyini vurğulayıb, İslam həyat tərzində Allahın göstərişlərinə tabe olmağın, xüsusilə də istehlak və düşmənlə mübarizə sahəsində həssas və ayıq davranmağın zəruriliyini qeyd edib.
Pənahiyan Yəmənin tarixi və hazırkı mövqeyinə toxunaraq, bu ölkə xalqının Əhli-beytə (ə) sevgisinin, İslam İnqilabında və bölgədəki İslami Oyanışda mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Yəmənin sionist rejim gəmilərinin keçidinə mane olması, daxili istehsalı dəstəkləməsi və sanksiyalara qarşı dayanması iman və möhkəmliyin nümunəsidir.
Sonda o, Qəzzədəki vəziyyətə diqqət çəkərək, bu bölgə xalqının müqavimətinin yalnız öz azadlıqları üçün deyil, bəşəriyyətin varlığı üçün həyati əhəmiyyət kəsb etdiyini və İranın sionist rejimlə mübarizədə ön sıralarda olduğunu bildirib.
4299639