“İQNA”-nın “24saa” xəbər portalına istinadla verdiyi xəbərə görə, həmin şüar rənglə yazılmış və bu məzmunu daşımışdır: “Bura İspaniyadır, mərakeşlilər rədd olun.” Lakin bu yazı uzun sürmədi və elə həmin gün bir neçə saatdan sonra Əl-Həbbus məscidinin divarından silindi. Bu təhqiramiz hərəkəti edən şəxsin və ya qurumun kimliyi hələ də məlum deyil.
Bu hadisə İspaniyada yayımlanan və Mərakeşin 1927-ci ildə açılmış məsciddə 8 milyon avroya qədər sərmayə yatırmaqla böyük bir İslam Mərkəzi inşa etmək niyyətində olduğunu iddia edən media xəbərlərindən iki həftə sonra baş verib.
Məlumata görə, layihə məscidin daxili hissəsinin sökülməsini, lakin tarixi irs kimi qorunan xarici divarının saxlanılmasını nəzərdə tutur.
Bu məsələyə münasibət bildirən Melilyadakı müsəlman azlığı isə məscid torpaqlarının verilməsi və ya Mərakeşin bu işə hər hansı müdaxiləsini qəti şəkildə təkzib edib.
İspaniya müsəlman icması rəsmi bəyanatında vurğulayıb ki, “Gələcək İslam Mərkəzi hər hansı şərt və ya xarici müdaxilə olmadan, xüsusi bir azlığa deyil yalnız, Melilyanın bütün sakinlərinə xidmət göstərən bir məkan olmalıdır”.
Melilya İspaniyanın muxtar şəhərlərindən biridir və Afrika qitəsinin şimal sahillərində yerləşir. Bu şəhər Aralıq dənizi sahilində, Mərakeş ərazisində yerləşən bir İspan anklavıdır.
Mərakeşlilər bu şəhəri öz ərazisi hesab edirlər. Mərakeş hökuməti Melilyada yaşayan və istəsələr mərakeşli sayılmaq hüququ olan bütün sakinlərə vətəndaşlıq verib. Şəhər Mərakeş tərəfindən iddia olunsa da, demək olar ki, bütün sakinlər onun Mərakeşə verilməsinə qarşıdırlar.
Hazırda İspaniyada təxminən 2,400,000 müsəlman yaşayır ki, bu da ümumi əhalinin 4,9 faizini təşkil edir. Digər bəzi mənbələr isə bu rəqəmi 3,9 faiz olaraq göstərir. İspaniyadakı müsəlman əhalisinin 27 faizi Kataloniyada (660,392 nəfər) yaşayır. Sonrakı yerləri isə bu bölgələr tutur: Əndəlus (395,913), Madrid (320,019), Valensiya icması (256,819) və Mursiya (140,924). Ən az müsəlman əhalisi olan bölgələr isə Kantabriya (6,580 nəfər) və Asturiya (9,771 nəfər) hesab olunur.
4302425