IQNA

Xəzəli: “Həşd əş-Şəbinin mövcudiyyətinin qorunması bütün İraq xalqının istəyidir”

10:34 - September 01, 2025
Xəbər sayı: 3498787
İQNA - İraq “Əsaib Əhlil-Həqq” hərəkatının baş katibi şeyx Qeys Xəzəli bəyan edib ki, Həşd əş-Şəbinin (Xalq Səfərbərliyi) mövcudluğu bütün İraq xalqının tələbidir.

“İQNA”-nın “Əl-Aləm” kanalına istinadla verdiyi xəbərə görə, Xəzəli deyib: “Həşd əş-Şəbinin orduya birləşdirilməsi məsələsini ilk dəfə Britaniyanın səfiri gündəmə gətirdi.”

O əlavə edib: “Biz amerikalı hərbçilərin çıxarılmasını tələb etdikdə, onlar deyirlər ki, guya İŞİD hələ də mövcuddur. Amma söhbət Həşd əş-Şəbinin ləğvindən gedəndə, iddia edirlər ki, İŞİD artıq zəifləyib və Həşd əş-Şəbinin mövcudluğuna ehtiyac yoxdur.”

Xəzəli vurğulayıb: “Həşd əş-Şəbinin mövcudluğu İraqa əlavə güc verdi və bu qüvvə ölkədə həqiqi bir etimad və birliyi qoruma vasitəsi oldu.”

O bəyan edib: “Biz öz imkanlarımız, mərcəiyyətin fətvası, müqavimət qrupları, xalqın övladlarının fədakarlıqları, İran İslam Respublikası və Hizbullahın dəstəyi sayəsində həqiqi bir qələbə əldə edə bildik.”

Əsaib Əhlil-Həqq baş katibi qeyd edib: “Biz İŞİD-lə mübarizədən minimum itkilərlə çıxmaqla yanaşı, böyük nailiyyətlər və zəfərlər də qazandıq.”

Xəzəli bildirib: “İŞİD İraq üçün ən böyük və ən çətin çağırış idi və onun məqsədi bütün İraq boyu dini müharibə yaratmaq idi.”

O əlavə edib: “İki imamın – Həzrət Hadi (ə) və Həzrət Əskəri (ə) – hərəmlərinin partladılması, İraqı oda qərq etmək üçün böyük bir bəhanə əldə etmək məqsədini daşıyırdı.”

Xəzəli vurğulayıb: “Bu faciənin böyüklüyünə baxmayaraq, ilahi iradə, dini mərcəiyyətin mövcudluğu və xalqın ayıqlığı nəticəsində bu plan baş tutmadı.”

O qeyd edib: “2019-cu ilin etiraz və nümayişləri əvvəlcədən planlaşdırılmışdı və bölgə hökmdarlarının çoxu bundan xəbərdar idi.”

Xəzəli əlavə edib: “İraq elə bir dövr keçirdi ki, baş nazir bir məcrada, xarici işlər naziri isə başqa bir məcrada hərəkət edirdi. Biz bu vəziyyəti yaşadıq və bu vəziyyət hələ də davam edir.”

Qeyd edək ki, İraq Xalq Səfərbərlik Təşkilatı (Həşd əş-Şəbi) İraq ordusunun tərkibinə daxil olan və ölkənin silahlı qüvvələrinin bir hissəsi sayılan hərbi təşkilatdır. Bu qurum, İŞİD terror qruplaşmasının İraq vilayətlərinin geniş ərazilərinə nəzarət etməsindən sonra, ayətullah Seyyid Əli Sistaninin “kifayi cihad” fətvası əsasında formalaşdırılıb və ölkənin bu terrorçulardan azad edilməsində mühüm rol oynayıb.

4302532

Teqlər: İraq ، həşd Şəbi ، xalq ، İŞİd
captcha