IQNA

Misir Qariələr İttifaqının sədri bildirib:

Misirdə keçirilən Quran müsabiqəsi ilə yeni istedadların kəşfi

12:19 - September 02, 2025
Xəbər sayı: 3498793
İQNA - Misir Qariələr İttifaqının sədri şeyx Məhəmməd Həşad vurğulayıb ki, hazırda Misirdə keçirilən “Dövlət Tilavəti” müsabiqəsi Quranı hifz etməkdə yeni istedadları üzə çıxarır.

“İQNA”-nın “Bavabətul-Əhram” saytına istinadən verdiyi xəbərə görə, şeyx Məhəmməd Həşad bildirib: “Misir Vəqflər Nazirliyinin Qariələr İttifaqının seçkilərinə diqqət göstərməsi, bu nazirliyin Quran qariələrinə önəm verdiyinin göstəricisidir”.

O, Misir prezidenti Əbdül-Fəttah əs-Sisiyə Quran qariələrinə və hafizlərinə davamlı dəstəyinə görə təşəkkür edərək deyib: “Prezidentin Quran hifzi müsabiqələrinin qaliblərini ucaldan münasibəti, bunun ən gözəl sübutudur”.

O vurğulayıb ki, Qariələr İttifaqının seçkilərinə tam məhkəmə nəzarətinin həyata keçirilməsi bu mesajı verdi ki, hamı Qurani-Kərimin dəyərlərini və mənalarını gənclərə və yeni nəsillərə aşılamaq sahəsində Qariələr İttifaqının rolunu dini nitqin yenilənməsi prosesinin bir hissəsi kimi qəbul edir.

İttifaq sədri əlavə edib: “Bizim “Dövlət Tilavəti” müsabiqəsini keçirməkdə məqsədimiz Misirin hər yerində Quran hafizləri arasında ən gözəl və ən üstün səsləri kəşf etməkdir”.

O əlavə edib: “Biz hifzdə və gözəl səsdə istisna istedadlar kəşf etmişik və Vəqflər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində onları dəstəkləməyə və hazırlamağa çalışacağıq”.

Şeyx Həşad bildirib ki, Qariələr İttifaqı Qurana xidmət üçün göstərilən bütün səyləri dəstəkləyir və qiymətləndirir. Bu təşəbbüslər isə Qariələr İttifaqını və bütün qariələri dini qurumlarla daimi əlaqədə saxlayır ki, Misir Quran tilavəti məktəbi İslam aləmində öncül olaraq qalsın.

O, həmçinin Əl-Əzhərə tabe olan Ümumi Quran İşləri İdarəsinin nəzarəti altında həyata keçirilən “Quran Tilavəti Günü” layihəsinin ikinci mərhələsinin başlanmasına görə təşəkkür edib. Çünki bu layihə yalnız Qurani-Kərimin tilavəti ilə məhdudlaşmır, həm də Quran dəyərlərinin yayılmasını hədəfləyir.

4302837

captcha