“İQNA”-nın İraqdan verdiyi xəbərə görə, bu illik yarışmanın final mərhələsi cümə axşamı İraq Şiə Vəqfləri İdarəsinə bağlı Milli Quran Elmləri Mərkəzinin təşəbbüsü ilə, ölkənin ən yaxşı qari və hafizlərini beynəlxalq Quran müsabiqələrinə göndərmək məqsədilə, Samirrada yerləşən Həzrət İmam Həsən Əskəri (ə) müqəddəs hərəmində start götürüb.
Müqəddəs Əskəri Hərəmi bu üç günlük yarışların keçirilməsində əməkdaşlıq edir və bu müsabiqələr “İraqın təmsilçiliyi; hamı üçün iftixar” şüarı ilə təşkil olunub.
Tədbir, ötən il keçirilən 14-cü milli Quran istedadları müsabiqəsinin qalibi İshaq Ətiyyənin Qurani-Kərimdən ayələr tilavəti ilə başlanıb. Ardınca Əskəri Hərəmin idarə heyətinin üzvü Qeysər Dəcilinin hərəmin nümayəndəsi kimi iştirakçılara və qonaqlara müraciəti olub.
O, çıxışında iştirakçılara salamlayaraq vurğulayıb ki, Əskəri Hərəmi Allahın Kitabına xidmət istiqamətində keçirilən fəaliyyətləri dəstəkləyir.
Daha sonra İraq Milli Quran Elmləri Mərkəzinin direktoru və müsabiqənin baş nəzarətçisi Rafi əl-Əmiri çıxış edib. O bildirib ki, bu gün finalda iştirak edən qari və hafizlər Bağdad və İraqın müxtəlif vilayətlərində Şiə Vəqflərinə bağlı qurumların təşkil etdiyi 20-dən çox ilkin mərhələli yarışlardan sonra bu mərhələyə yüksəliblər.
Əl-Əmiri əlavə edib ki, müsabiqədə münsiflər heyəti Qurani-Kərim mərkəzləri və qurumlarının müəllimlərindən ibarət 68 nəfər tilavət, 10 nəfər isə hifz üzrə hakimdən formalaşıb.
O, həmçinin bildirib ki, 60 qari və hafiz bu mərhələyə vəsiqə qazanıb və qaliblər müxtəlif ölkələrin beynəlxalq Quran müsabiqələrinə göndərilmək üçün təqdim olunacaqlar.
4303591