Pakistanlı alim Əbulxeyr Məhəmməd Zübeyr, İslam Həmrəyliyi üzrə 39-cu Beynəlxalq Konfransının kənarında “İQNA”-ya müsahibəsində dedi: “Mən Pakistan İslam Məzhəbləri İttifaqının rəhbəriyəm ki, o da “Pakistan Birlik Komissiyası” adı ilə tanınır”.
O, bu komissiyanın fəaliyyəti barədə dedi: “Bu ittifaq bütün məzhəblərin köməyi ilə təsis olunmuş özəl bir qurumdur. İttifaqın əsas məqsədi İslam məzhəblərinin rəhbərlərini bir araya toplamaqdır”.
Əbulxeyr Məhəmməd Zübeyr əlavə etdi: “Təkfirçi qruplar Pakistan xalqı arasında nüfuz etməyə çox cəhd göstəriblər və öz fikirlərini onlara təlqin etməyə çalışırlar, lakin Pakistan alimləri bu qruplara qarşı mübarizə aparmaq üçün çox çalışırlar”.
Bu Pakistanlı alim sözlərinə davam edərək bildirdi: “Bu gün Pakistanda çoxsaylı anti-təkfirçi kitablar ərəbcə və farscadan urdu dilinə tərcümə olunub və gənclərin ixtiyarına verilir ki, onları təkfir təhlükələri ilə tanış etsin.
O dedi: “İmam Xomeyninin (r.ə) həyatından bəri daim İrana səfərlərim olub və mənim İslam Vəhdəti Konfransında ilk iştirakım 1987-ci ildə Səudiyyə Ərəbistanında iranlı zəvvarların qətliamı zamanı idi [“Bəraət minəl-müşrikin” yürüşündə Səudiyyə qüvvələrinin hücumu nəticəsində çoxlu zəvvar şəhid olmuşdu]”.
Məhəmməd Zübeyr Qəzza böhranı və Pakistan xalqının bu məsələ ilə bağlı mövqeyi barədə dedi: “Qəzza və Fələstin savaşı bütün dünyada müsəlmanların zehnini məşğul edib və onları nigaran salıb. Pakistan xalqı da Qəzza müharibəsinin başlanğıcından bəri hökuməti meydanda görmək istəyib və hökumətdən Qəzzaya praktiki dəstək tələb edib”.
O əlavə etdi: “Pakistan xalqı həftəlik etiraz yürüşləri keçirərək İsrailin Qəzzada törətdiyi insanlıq əleyhinə cinayətlərə qarşı öz etirazını bildirir”.
Bu pakistanlı İslam fəalı sözünə davam edərək dedi: “İran yeganə dövlətdir ki, Fələstinə praktiki dəstək verib və bu yolda çoxlu fədakarlıqlar edib, dəyərli şəhidlər təqdim edib. Bizim istəyimiz budur ki, digər ölkələr də praktik şəkildə Fələstinə dəstək versinlər”.
O vurğuladı: “Sionist rejimin fitnələrinə qarşı mübarizədə ən mühüm məsələ İslam dünyasının birliyidir. Müsəlmanlar birlikləri ilə İsrailin hegemonluğuna qarşı dayanmalıdırlar, çünki Fələstinin işğalı sionistlərin yeganə məqsədi deyil, onların bütün müsəlman ölkələrinə göz dikiblər. Buna görə də bütün müsəlmanlar bu mütləq şərə qarşı birlikdə dayanmalıdırlar”.
Məhəmməd Zübeyr davam edərək dedi: İslam ümmətinin izzəti və böyüklüyü vəhdətdədir və düşmənlər bunu bilirlər, ona görə də qarşısını alırlar. Çünki əgər İslam ümməti birləşsə, bütün dünyaya hakim olacaqlar.
Bu Pakistanlı alim sonda “Ali-İmran” surəsinin 103-cü “Hamılıqla Allahın ipindən yapışın və ayrılmayın; Allahın sizə olan nemətini yadınıza salın; o zaman ki, düşmən idiniz, O sizin qəlblərinizi bir-birinə yaxınlaşdırdı və Onun neməti sayəsində qardaş oldunuz” ayəsinə işarə edərək dedi: “Allah bu ayədə “nemət” kəlməsini iki dəfə təkrarlayıb ki, bu da müsəlmanlar arasında dostluq və qardaşlığın Allah qatında çox mühüm olduğunu göstərir.
4306094