“İQNA”-nın “əl-Mənar” kanalına istinadla verdiyi xəbərə görə, Hizbullahın sabiq baş katibi şəhid Seyid Həsən Nəsrullah və onun varisi şəhid Seyid Haşim Səfiəddinin şəhadətinin birinci ildönümü mərasimləri Beyrutda, Bəqada və Cənubi Livanda başlayıb.
Xalqın və rəsmilərin geniş iştirakı ilə keçirilən bu mərasimdə Hizbullahın baş katibi şeyx Nəim Qasim çıxış edəcək.
Livan parlamentində Müqavimət fraksiyasının sədri Məhəmməd Rəd də tədbirdə iştirak edib.
İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani də Livana səfəri çərçivəsində bu mərasimdə iştirak edir.
4307383