IQNA

Ayətullah Sistaninin həyat yoldaşı vəfat etdi

10:54 - September 29, 2025
Xəbər sayı: 3498944
İQNA - Şiələrin ali mərcəsi həzrət Ayətullahul-uzma Sistaninin həyat yoldaşı bir müddət xəstəlikdən əziyyət çəkdikdən sonra bazar günü axşam saatlarında Nəcəf-əşrəfdə Haqqın rəhmətinə qovuşdu.

“İQNA”-nın məlumatına görə, “Suməriyyə Nyuz”un yazdığına əsasən, Ayətullah Sistaninin dəftərxanasının bəyanatında belə deyilir:

“Mərhum Ayətullah Seyid Mirzə Həsənin qızı mərhum Ayətullahul-uzma Seyid Məhəmmədhəsən Şirazinin (Mücəddid Şirazi) nəvəsi, ali mərcə Ayətullah Seyid Əli Hüseyni Sistaninin həyat yoldaşı xanım Ələviyyə, Nəcəf-əşrəfdə Allahın rəhmətinə qovuşdu”.

Onun cənazəsi Rəbiüs-sani ayının 6-sı, bazar ertəsi günü səhər saat 9-da Şeyx Tusi məscidindən vida mərasimi ilə dəfn ediləcək.

Həmçinin mərhumənin ruhunun şadlığı üçün Fatihə məclisi bazar ertəsi və çərşənbə axşamı günləri məğrib və işa namazlarından sonra Xızır məscidində keçiriləcək.

4307663

captcha