IQNA

Qumda “Zeynul-Əsvat” ümumrespublika müsabiqəsinin bağlanış mərasimi başlanıb

10:34 - October 02, 2025
Xəbər sayı: 3498963
İQNA - Bu gün, cümə axşamı, oktyabrın 2-i, Alul-Beyt (ə) İnstitutu tərəfindən, Ayətullah Məkarim Şirazi adına Mədəniyyət Kompleksinin İmam Kazım (ə) zalında “Zeynul-Əsvat” Quran müsabiqəsinin birinci mərhələsinin bağlanış mərasimi başlayıb.

“İQNA”-nın Qumdan verdiyi xəbərə görə, ilk dəfə keçirilən Qurani-Kərim müsabiqəsi “Zeynul-Əsvaat”ın bağlanış mərasimi bu gün, oktyabrın 2-də Alul-Beyt (ə) İnstitutu tərəfindən Ayətullah Məkarim Şirazi Mədəniyyət Kompleksinin İmam Kazım (ə) salonunda təşkil olunub.

Mərasim beynəlxalq Quran qarisi və bu yarışmanın birincisi Məhəmmədrza Həqiqətfərin tilavəti ilə, Ayətullah Sistani-nin İran nümayəndəsi Ayətullah Seyid Cavad Şəhrestani və Qum şəhərinin imam cüməsi Ayətullah Seyid Haşim Hüseyni-Buşəhrinin iştirakı ilə açılıb.

Mərasimin aparıcısı Rəsulət Buzəridir. Həmçinin Əli Mehrabinin rəhbərliyi ilə “Səbilur-Rəşad” qrupunun ifası və ölkənin tanınmış Quran xadimi Abbas Səliminin iştirakı ilə münsiflər heyətinin bəyanatının oxunması bu proqramın digər bəndlərindəndir.

Bu mərasimdə yalnız qaliblər təltif olunmayıb, eyni zamanda Höccətül-İslam vəl-müslimin Seyid Mehdi Xamuşinin (Vəqflər və Xeyriyyə İşləri Təşkilatının sədri və İslam Təbliğat Təşkilatının sabiq rəhbəri) qırx illik Quran fəaliyyətinə görə xüsusi təqdir mərasimi də keçirilib.

Tədbir canlı olaraq Quran və Maarif TV kanalı, Qum əyalət telekanalı və bəzi internet və virtual şəbəkələr vasitəsilə bütün maraqlananlar üçün yayımlanıb.

Qeyd edək ki, bu müsabiqənin açılış mərasimi oktyabrın 1-də saat 14:00-da Yavəran Mehdi (ə.f) Kompleksi – Cəmkəranda Qulamrza Əhmədinin aparıcılığı və Seyid Məhəmməd Hüseynipurun tilavəti ilə baş tutub. Yarışlar böyüklər üçün “təhqiq qiraəti”, yeniyetmələr üçün isə “qiraət və müsabiqə” bölmələrində, ayrıca iki zalda təşkil olunub.

Müsabiqə ölkənin hər yerindən şagirdlər, tələbələr və din tələbələri üçün nəzərdə tutulub.

Xatırladaq ki, Qurani-Kərim üzrə ilk ümumrespublika müsabiqəsi “Zeynul-Əsvaat” Alul-Beyt (ə) İnstitutunun Quran işləri mərkəzinin təşəbbüsü, Ayətullahul-uzma Sistaninin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Seyid Cavad Şəhrestaninin mənəvi dəstəyi və bir neçə mədəni-ictimai Quran qurumunun əməkdaşlığı ilə keçirilmişdir.

4308324

captcha