“Əxbar əl-Xəlic”in məlumatına görə, HƏMAS hərəkatı sionist rejimin həbsxanalarındakı fələstinli əsirlərlə, rejimin əsir götürülmüş əsgərlərinin dərhal dəyişdirilməsinə hazır olduğunu bəyan edib.
HƏMAS-ın adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir rəsmisi Fransə Xəbər Agentliyinə açıqlamasında bildirib: “Bu hərəkat təcavüzün dayandırılması və mövcud hərbi şəraitə əsaslanaraq əsir mübadiləsi əməliyyatının dərhal başlanması üçün razılaşmaya gəlməyə çox maraqlıdır.”
O əlavə edib: “Əgər işğalçı rejim həqiqətən razılığa gəlmək niyyətindəsə, HƏMAS hazırdır və bu rejim prezident Trampın planının icrasını gecikdirməməlidir.”
İsrail düşməni ilə HƏMAS hərəkatı arasında ilk danışıqlar raundu bu gün (bazar ertəsi) Şarm əl-Şeyxdə Misir və Qətər vasitəçilərinin, ABŞ-ın xüsusi elçisi Stiv Vitkaf və Trampın kürəkəni Cared Kuşnerin iştirakı ilə başlanır.
Bu danışıqlar HƏMAS-ın Trampın İsrailin Qəzzəyə qarşı müharibəsinə son qoymaq planına ilkin razılıq verməsindən sonra keçirilir. Bununla belə, hər iki tərəfin siqnalları göstərir ki, əsaslı və çoxsaylı fikir ayrılıqları səbəbindən yekun razılaşmaya nail olmaq çətin olacaq.
Eyni zamanda, HƏMAS-ın başqa bir rəsmisi bildirib ki, danışıqlar Şarm əl-Şeyxdə keçiriləcək və HƏMAS nümayəndələri dünən Dohadan bu şəhərə yola düşüblər. İsrail də danışıqların bazar ertəsi başlanacağını təsdiqləyib.
Fələstinli bir mənbə danışıqların gedişatı barədə bildirib ki, bu görüşlərdə iki tərəf arasında Misir və Qətər vasitəçiləri vasitəsilə mesajlar mübadilə olunacaq.
Gözlənilir ki, tərəflərin nümayəndə heyətləri bir binada, lakin mediadan uzaq şəraitdə yerləşəcəklər.
Mənbənin sözlərinə görə, danışıqların məqsədi Qəzzada saxlanılan əsirlərin təhvil verilmə prosesinə başlamaq üçün zəruri hərbi şəraitin yaradılmasını müzakirə etməkdir.
HƏMAS isə bildirib ki, bu şəraitin təmin olunması üçün İsrail Qəzzə zolağının bütün bölgələrində hərbi əməliyyatlarını, döyüş, kəşfiyyat və pilotsuz uçuş fəaliyyətlərini dayandırmalı və Qəzzə şəhərinin daxilindən geri çəkilməlidir.
HƏMAS-ın əsir mübadiləsinə hazır olduğunu vurğulaması elə bir vaxta təsadüf edir ki, bu gün (bazar ertəsi) Misirdə tərəflər arasında dolayı danışıqlar başlayır.
Bu danışıqlar HƏMAS-ın ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymaq təklifini qəbul etməsindən və Qəzzadakı əsirlərin azad edilməsinə razılıq verməsindən sonra keçirilir.
4309065